Qalmaqallı kursant Hərbi Akademiyadan xaric edildi
Bakıda itkin düşən Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı ilə bağlı qərar verilib.
Akademiyanın hərbi şurasının iclasında Hüseynli Vüsal Elşən oğlu əsaslı səbəb olmadan təyin olunan vaxtda hərbi təhsil müəssisəsinə qayıtmadığına görə xaric edilib.
Qeyd edək ki, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıtdan Bakıya yola düşüb.
Bundan sonra ondan xəbər olmayıb.
Vüsal Hüseynli üç gün sonra hərbi polis tərəfindən tapılıb.