21.11.2024

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrində məşğələlər keçirilir

2022-ci ilin fəaliyyət planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrində praktiki məşğələlər keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məşğələlərə cəlb edilən şəxsi heyət Mühəndis Qoşunlarının silahlanmasında olan texnika və avadanlıqlardan istifadə etmək vərdişlərini təkmilləşdirir.

Mühəndis bölmələri azad edilmiş ərazilərdə dislokasiya olunan qoşunların fəaliyyətini təmin etmək, həmçinin infrastrukturun bərpa edilməsi və digər tapşırıqlar üzrə praktiki bacarıqlarını artırır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: