21.11.2024

Komando kursunu bitirən hərbi qulluqçular Azərbaycana qayıdıblar

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Türkiyənin İsparta şəhərində keçirilən növbəti “Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirən hərbçilər Azərbaycana qayıdıblar.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, iki ölkə arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində Azərbaycanın hərbi qulluqçuları müvafiq kurslarda iştirak etməsində əsas məqsəd Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: