21.11.2024

“Dövlət adından söz verilib ki, azadlığa buraxılacaq” – Saleh Rüstəmlinin oğlu

“Atama dövlət adından bu gün və ya sabah mülki xəstəxanaya köçürüləcəyi və daha sonra azad olunacağı söz verilib. Ümid edirəm, sözlərinin üstündə durarlar”.

Savash.org xəbər verir ki, bunu sosial şəbəkə hesabında Saleh Rüstəmlinin oğlu Sezgin Rüstəmov yazıb.

Xatırladaq ki, 40 gündən artıqdır ki, aclıq aksiyası keçirən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli bu gün aclığı dayandırıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: