21.11.2024

Prezident İlham Əliyev: «Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır»

Prezident İlham Əliyev deyib ki, Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır.

Çünki üçtərəfli bəyanatda çox aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etməsi vurğulanır. Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır.

Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: