01.07.2025

Paşayeva şəhid Füzuli Rzayevin ailə üzvləri ilə görüşdü

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuzun Hunanlar kəndindən olan I Qarabağ müharibəsi şəhidi Füzuli Ziyadxan oğlu Rzayevin anası Gülbahar Məcid qızı Rzayeva, şəhidin qardaşı oğlu İqbal Rzayev və ailənin vəkili Rəhim Həsənzadə ilə görüşüb.

Komitə sədri şəhidin ailə üzvlərini dinləyib, qayğıları ilə yaxından maraqlanıb, şəhid ailəsinin problemlərinə görə dövlət orqanları ilə əlaqə saxlayıb.

Sonda Komitə sədri şəhidin anasına Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: