27.07.2024

TƏBRİK: ƏMRAHOV MƏHƏMMƏDƏLİ QİYASƏDDİN OĞLU — 55

     AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev Müharibə Veteranı polkovnik-leytenant Əmrahov  Məhəmmədəli  Qiyasəddin oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

     Müharibə Veteranı  polkovnik leytenant Əmrahov Məhəmmədəli Qiyasəddin oğlu  07 dekabr  1966-cı ildə  Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Siznək kəndində anadan olub.

     Polkovnik leytenant Məhəmmədəli Qiyasəddin oğlu Əmrahov 1973-cü ildə  Qafan rayonunun Siznək kənd orta məktəbinin birinci sinifinə getmiş 1983-cü ildə həmin məktəbi bitirdikdən sonra, 1984-cü ildə  SSRİ Müdafiə Nazirliyinin Tallin şəhərində yerləşən Ali İnşatlar Siyasi Hərbi məktəbinə daxil olmuş  1989- cu ildə həmin  ali hərbi məktəbi bitirmişdir.Təhsilini başa vurduqdan sonra SSRİ Müdafiə Nazirliyinin İnşaat Qoşunlarının Bakı şəhərində yerləşən hərbi hissələrində böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, Bölük komandiri vəzifəsində qulluq etmişdir.

     Əmrahov Məhəmmədəli Qiyasəddin oğlu  1992-2007-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Binəqədi rayonunda yerləşən hərbi hissədə Döyüş hazırlığı bölməsının rəisi, hərbi hissə komandirinin Maddi- texniki təminat xidmətləri üzrə  müavini, Daxili Qoşunların Nərimanov rayonunda yerləşən hərbi hissədə  hərbi hissə komandirinin müavini-Qərargah rəisi, Daxili Qoşunların  Sumqayıt şəhərində, Binəqədi, Zaqatala və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrdə hərbi hissə komandiri, Daxili Qoşunların Baş idarəsinin Maddi texniki təminat idarəsində baş zabit, DQBİ -nin Qərargahında isə Əməliyyat şöbəsinin baş zabiti və Növbətçi Xidmətinin rəisi vəzifələrində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. O, Daxili Qoşunlarda rəhbər vəzifələrdə xidmət etdiyi illər ərzində bir çox metodiki- təlim toplanışlarda, xüsusi taktiki təlimlərdə, Qərargah məşqilərində, seminar və konfranslarda fəal iştirak etmişdir.

     Polkovnik leytenant Məhəmmədəli Qiyasəddin oğlu Əmrahov   Daxili Qoşunlardan Silahlı Quvvələrə ehtiyata  buraxldıqdan sonra 2011-2013-cü illərdə Fövqalədə Hallar Nazirliyinin Akademiyasında Komendant xidmətinin rəisi vəzifəsində işləyib, 2014- cü ildən etibarən isə FHN-nin Akademiyasında baş müəllim vəzifəsində işləyir.

      Peşəkarlığı və humanistliyi ilə seçilən  ömrunun ən məhsuldar dövrünün 33 (otuz üc) ildən cox şərəfli xidmət yolunun 7 (yeddi) ilini SSRİ Müdafiə Nazirliyinin ali hərbi məktəbində və hərbi hissəsində  , 16 (on altı) ilini Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində , 10 (on )  ilini isə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirərək üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

    Məhəmmədəli Əmrahov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, insanpərvər baş zabit kimi göstərmişdir. O,istər yaşadığı ərazidə, oxuduğu  orta və təhsil aldığı hərbi məktəbdə, istərsə də işlədiyi və xidmət etdiyi kollektiv, dost -tanış, qohum -əqraba arasında özünə layiq hörmət qazanmışdır.

    Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdərə, Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edib  və kontuziya alıb.

    Azərbaycan respublikasınında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, cınayətkarlığa qarşı mübarizədə, Silahlı quruplaşmış  dəstələrin zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında eləcədə dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən  vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

     Məhəmmədəli Əmrahov SSRİ  Müdafiə Nazirliyinin ali hərbi məktəbində  və hərbi hissələrində,Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında  oxuduğu və xidmət etdiyi,  Fövqalədə Hallar Nazirliyinin Akademiyasında  işlədiyi  illər ərzində  xidməti vəzifələrinin  icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında, peşəkar kadr zabitlərin, kicik mütəxəssislərin hazırlanmasında ,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna  görə SSRI Müdafiə Nazirinin, Azərbaycan Respublikasının   Daxili İşlər və Fövqalədə Hallar  Nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavininlərnin, təhsil aldıgı və işlədiyi ali hərbi məktəb və akademiya rəisinin ,hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Xidmətdə fəriqləndiyinə görə  Məhəmmədəli Qiyasəddin oğlu SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından «Qüsursuz xidmətlərə görə», «Silahll Quvvələrin və Fövqalədə Hallar Nazirliyinin yaranmasının» yubiley medalları ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MƏHƏMMƏDƏLİ MÜƏLLİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN.

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Dərin hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: