Düşməni pərən salan adamın zindanda çürüməsi nə dərəcədə doğrudur?
Firuz Mustafa yazır:
Mən tez-tez dünyanın müxtəlif qütblərinə səpələnmiş soydaşlarımızdan müxtəlif məzmunlu məktublar alıram. Son zamanlar ünvanıma gələn məktubların əksəriyyətində daha çox bir insanın taleyindən nigarançılıq hissi qabarq şəkildə duyulur. Bu, Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlidir. Saleh bəy həqiqətən torpaqlarımızn (xüsusən, Gədəbəyin) erməni işğalçılarınfan azad olunması uğrunda əlindən gələni əsirgəməmiş, bu şərəfli yolda qanından-canından keçməyə hazır olmuşdur. Və məhz onun təşkilatçılığı sayəsində bir neçə kəndi yağılar tərəfindən dağıdlıb talan olmuş Gədəbəyın torpaqsevər əhalisi çox tezliklə, mobil qaydada toparlanaraq quduz erməni silahlılarını geri oturtmuş, onların burnunu əzmişdir. Beləliklə, “ilan yuvası” hesab olunan erməni anklavı- Başkənd ermənilərdən təmizlənmişdir. Saleh bəy həmçinin ermənilər tərəfindən əsir götürülmüş bir neçə rayon sakininin azad olunmasında fəal iştirak etmiş, bu sahədə qətiyyt göstərmiş, iradə nümayiş etdirmişdir.
İndi Saleh bəy məhbəsdədir. Uzunmüddətli aclıq aksiyası elan edib. Onun əlil övladı var. Özü də bütün həyatı boyu əziyyətlə, zəhmətlə, məşəqqətlə yaşayıb. Biz belə hesab edirik ki, Saleh Rüstəmlinin azadlıqda yaşamaq haqqı daha çoxdur. Biz azərbaycanlıyıq, türkük, müsəlmanıq. Gərək heç vaxt haqqı nahaqqın ayağına verməyək. Düşməni pərən-pərən salan bir adamın “doğma” zindanda çürüməsi nə dərəcədə doğrudur?
Üzümü haməya, habelə möhtərəm Ali Baş Komandana və bu işdə “əli olan” əlaqədar təşkilatlara üz tuturam: gəlin vicdanınımızın, qəlbimizin səsinə qulaq asaq. Gözümüzün önünə müzəffər ordumuzun azad etdiyi torpaqlarda əmin-amanlıq şəraitində yaşayan övladlarımızı, habelə torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizi gətirək. Bizimçün onların hamısı qiymətli, dəyərli və əvəzolunmazdır. Dəyərlərimizi dəyərlndirməyi bacarmalıyıq.
Əminəm ki, Saleh Rüstəmli tezliklə layıq olduğu azadlığa qovuşacaq.
Mənbə: Paralel.az