Qarabağ qaziləri idmana cəlb olunur
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov qış idman növlərində çıxış edəcək qazilərlə görüşüb.
AMPK-dan Fanat.Az-a verilən məlumata görə, görüşdə qurumun baş katibi Kamal Məmmədov, Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi Elvin Astanov, idman şöbəsinin müdiri Rauf Mürsəlov, qış idman növləri üzrə kurator Azər Tapdıqov da iştirak ediblər.
Digər qazilərin də idmana cəlb edilməsi üçün «Qarabağ qaziləri ilə iş və idman seleksiya komissiyası»nın yaradıldığını xatırladan İ.Rəhimov müharibə iştirakçılarının Azərbaycanın üçrəngli bayrağını döyüş meydanında qaldırdıqları kimi beynəlxalq idman arenalarında da dalğalandıracaqlarından əmin olduğunu vurğulayıb.
Qeyd edək ki, qazilər 3 — 17 dekabrda Rusiyanın Ufa şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər.