27.07.2024

TƏBRİK: ƏLİYEV ŞAHİN HEYDƏR OĞLU — 56

AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev, Müharibə Veteranı  ehtiyatda olan polkovnik — leytenant  Əliyev  Şahin Heydər oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik  edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat  yollarında bitib -tükənməyən nailiyyətlər arzulayır.

     Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin !

   Müharibə Veteranı ehtiyatda olan polkovnik leytenant Əliyev Şahın Heydər oğlu  29 oktyabr  1966 -ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub.

    O, 1973- cü  ildə Lənkəran rayonunun Boladi kəndində birinci sinifə getmiş 1983-cü  ildə həmin məktəbi, 1992-ci ildə  isə Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir.

    Şahin Heydər oğlu Əliyev 1984-1986-ci illərdə Sovet ordusunda müdddətli həqiqi hərbi xidmətdə olub. 1992- ci ilin avqust  ayından 1993-cü ilin sentyabr ayına kimi Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən hərbi hissədə taqım və böluk komandiri, 1993-2008-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Lənkəran, Nərimanov, Sabunçu, Xəzər rayonlarında yerləşən hərbi hissələrdə və Ali hərbi məktəbdə böluk komandiri, Qərargah rəisinin  döyüş hazırlığı üzrə müavini, Xidmət bölməsinin rəisi, 2008-2012-ci illərdə isə Daxili İşlər Nazirliyinin 2008-2012-ci illərdə isə Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və kiçik rəis heyəti hazırlayan polis məktəbində məktəb rəisinin müavini vəzifələrində xidmət edib.

    Polkovnik- leytenant Şahin Əliyev peşəkarlığı və humanistliyi ilə, nəzəri və  praktiki biliyi ilə, mənəvi və işgüzar keyfiyyəti ilə, sadəliyi və səmimiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 22 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə və daxili işlər orqanlarında keçirərək Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

      Şahin Heydər oğlu Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Beylaqan və Füzuli rayonları istiqamətdə) gedən döyüşlərdə  iştirak edib.

    O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

     Azərbaycan Respublikasında İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

      O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmrlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.

     Əliyev Şahın Heydər oğlu  Müdafiə Nazirliyində və Daxili İlşlər Nazirliyinin siravi və kiçik rəis heyəti hazırlayan polis məktəbində , Daxili Qoşunların hərbi məktəbində və hərbi  hissələrində  müxtəlif vəzifələrdə xidmət edib xidmət etdiyi illər ərzində xidməti vəzifələrinin icrası zamanı yüksək  mənəvi -döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi və polis intizamının   möhkəmləndirilməsində, yüksək  göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə,  funksional vəzifələrinin yerinə yetirilməsinə  məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, polis və ali hərbi məktəb rəislərinin, hərbi hissə komandirləri  və onların  müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əla xidmətlərə görə döş və yubley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Polkovnik leytenant Şahin Əliyev Xidmətdə fəriqləndiyinə görə  Azərbaycan Respublikasının Rrezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri, bir sıra medallarla təltif edilmişdir

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ŞAHİN BƏY!

ÖMRÜN UZUN OLSUN 100 YAŞA!..

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: