Beyləqanda şəhid Şamxal Abbasovun anım tədbiri keçirilib
21 oktyabr 2026-cı il tarixində Beyləqan rayonunun Qəhrəman Kəbirli kəndində anadan olmuş şəhid Abbasov Şamxal Xasay oğlunun anım tədbiri məzarı önündə keçirilib.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsəd Məmmədov, birliyin sədr müavini Akif Həsənov, şəhid ailələri, qazilər, veteranlar və kənd sakinləri iştirak ediblər. Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, onun döyüş yolu haqqında xatirələr bölüşülüb.
Çıxış edən Akif Həsənov AVMVİB-in şəhid ailələrinin daim yanında olacağını və onlara mənəvi dəstək göstərəcəyini bildirib. O, birliyin sədri Füzuli Rzaquliyevin adından şəhidin ailəsinə başsağlığı çatdırıb.
AVMVİB-in Qarabağ bölgəsi üzrə müxbiri Elçin Qədirov


.jpg)
.jpg)
