01.07.2025

İlham Zəkiyevə yeni vəzifə verildi

Milli Paralimpiya Komitəsinin (MPK) İcraiyyə Komitəsinin iclası keçirilib.


Veteran.az  MPK-nə istinadən xəbər verir ki, toplantıda Afiq Süleymanov qurumun fəxri vitse-prezidenti seçilib.


Eyni zamanda məşqçilər şurası və nizam-intizam komissiyasının heyətləri təsdiq edilib, Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiya yaradılıb.

Məşqçilər şurasının sədri Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov, nizam-intizam komissiyasının rəhbəri isə komitənin vitse-prezidenti İlham Zəkiyev təyin edilib.


Qarabağ qaziləri ilə iş və idman seleksiyası komissiyasının tərkibinin formalaşdırılması Süleymanova tapşırılıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: