08.09.2024

İlham Əliyevin Türkiyəyə səfərinin tarixi bəlli oldu

«Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 26-da Qarabağda, noyabrın 12-də isə İstanbulda görüş keçiriləcək».

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı «Twitter»də yazıb.

«Cənab Prezident İlham Əliyevin «Qardaşım» dediyi zaman kimi nəzərdə tutduğunu hamı çox yaxşı bilir. Prezidentlərimiz bir il ərzində 3-cü dəfə sabah — oktyabrın 26-da Qarabağda, 4-cü dəfə isə noyabrın 12-də İstanbulda görüşəcəklər. Gözləyirik», — deyə səfir bildirib.

Qeyd edək ki, noyabrın 12-də İstanbulda Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü keçiriləcək.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: