08.09.2024

Şamaxıda şəhidimiz anıldı

Bu gün Şamaxıda şəhidimiz baş leytenant Tərlan Dərgah oğlu Atakişiyevin anım mərasimi keçirilib.

Axar.az xəbər verir ki, anım mərasimində şəhidin yaxınları, dostları, döyüş yoldaşları iştirak ediblər.

Silahdaşları baş leytenantın igidliyindən, qorxmazlığından, olduğu döyüşlərdən danışıblar.

Qeyd edək ki, Tərlan Atakişiyev 1977-ci il fevralın 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.

1998-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsi altında xidmət edib.

O, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə qoşulub və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Tərlan Atakişiyev oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində dəfn olunub.

Şəhidimiz ölümündən sonra «Vətən uğrunda», “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: