Özünü azərbaycanlı kimi təqdim edən erməni qızlardan çılpaq şəkillər tələb edirmiş
Ermənistanda internet-manyak özünü «Facebook»da azərbaycanlı kimi təqdim edərək İkinci Qarabağ müharibəsində əsir götürülmüş hərbi personal haqqında məlumat verəcəyini vəd edərək əvəzində çılpaq şəkil və videolar tələb edib.
Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti açıqlayıb ki, saxlanılan şəxs məhbusların və ya itkin düşən əsgərlərin qohumları ilə əlaqə saxlayıb. Manyak onlardan çılpaq vəziyyətdə çəkildikləri fotoşəkilləri və videoları göndərmələrini tələb edib. Əks təqdirdə isə hərbçiləri öldürməklə təhdid edib.
16 yaşlı erməni qız manyakın tələsinə düşüb. Ümumilikdə 10 nəfər erməni manyakın qurbanına çevrilib.
Saxlanılan şəxsi 10 ildən 12 ilədək həbs cəzası gözləyir.
Mənbə: Baku.ws