«İran olmasaydı 90-cı illərdə Azərbaycana məğlub olardıq» — PAŞİNYAN
İran və Ermənistanın müttəfiq olduğunu deyən Paşinyan, Ermənistanın 90-cı illərdən bəri İrana minnətdarlıq borcu olduğunu qeyd edib.
Kanal.az ensonhaber.com-a istinadən bildiri ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün Litva Erməni Cəmiyyətinin toplantısında deyib.
Gündəmi qiymətləndirən Paşinyan çıxışında Ermənistan-İran münasibətlərinə toxundu.
İranı Ermənistanın qardaş ölkəsi olaraq xarakterizə edən Paşinyan, İrana qarşı hücum və ya çaxnaşmaya ortaq olmayacağını bildirib.
29 il əvvəl dünyanın qanını donduran və ermənilərin qadınlardan, uşaqlardan və qocalardan asılı olmayaraq 613 azərbaycanlını vəhşicəsinə qətlə yetirdikləri Xocalı qətliamı ilə fəxr edən Paşinyan, İranın həmin illərdə onlara kömək etdiyini bildirib.
«İranla münasibətlərimiz və ittifaqımız bizim üçün çox önəmlidir. 1990 -cı illərdə çox çətin vəziyyətdə idik və İran bizə kömək etdi. Onların köməyi olmadan məğlub ola bilərdik. Onların yaxşılıqlarını unutmaq olmaz, İrana minnətdarıq «.