23.11.2024

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlıq barədə sənəd imzaladı

Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq sahəsində memorandum imzalanıb. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, sənəd Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində imzalanıb.

Sənədin detalları barədə məlumat verilməyib.

Bazar ertəsi günü Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin birgə «Eternity-2021» adlı kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. Təlim oktyabrın 8-ə kimi davam edəcək.

Gürcüstan Müdafiə Nazirliyinin elan edib ki, beynəlxalq təlimin ssenarisi böhran dövründə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təhlükəsizliyinin təmin edən, o cümlədən Azərbaycan, Türkiyə və Gürcüstan hərbi birləşmələri arasında qarşılıqlı əlaqələri artıran sülhməramlı əməliyyatlara əsaslanır.

Təlimlə bağlı Tbilisidə olan Azərbaycan və Türkiyə müdafiə nazirləri Zakir Həsənov və Hulusi Akar ayrı-ayrılıqda ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüblər.

Azərtac xəbər verir ki, Baş nazirin hər iki nazirlə görüşündə müdafiə sahəsində əməkdaşlığın perspektivləri və regionda təhlükəsizliyə təhdidlər müzakirə olunub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: