Zakir Həsənov orduya döyüş hazırlığı ilə bağlı tapşırıq verib
Zakir Həsənovun Mərkəzi Komanda Məntəqəsində keçirdiyi müşavirədə dövlət sərhədində və Qarabağdakı vəziyyət təhlil edilib. Və orduya döyüş hazırlığı ilə bağlı tapşırıqlar verilib.
Bakı Qarabağda daim tətikdədir, lakin müşavirədə dövlət sərhədindəki vəziyyətin təhlil edilməsi təkcə Azərbayan-Ermənistan sərhədinə yox, həm də Azərbaycan-İran sərhədinə də aiddir, hətta İranın sərhədlərimizdə keçirdiyi hərbi təlimlər fonunda bu istiqamət daha aktualdır.
Və bu, müəyyən nəticələr çıxarmağa imkan verir:
— Bakıda İranın hərbi təlimlərinin mesaj xarakterli olmaqdan çıxa biləcəyi riskləri haqda məlumatlar var: cənubdan edilən çağırışlar da belə gözləntiləri artırır;
— İstisna deyil ki, İranın təlim keçirdiyi istiqamətində mümkün risklərə qarşı önləyici hazırlıqlar həyata keçirilir.
Rəsmi Bakı gərginliyin davam etməsini istəmir, lakin maraqlarından da imtina etməyəcək.