23.11.2024

İrandan açıqlama: “Azərbaycanla dostuq, aramızı vurmaq istəyirlər”

“Azərbaycanla anlaşmazlıqlar və fikir ayrılıqları olarsa, bunları diplomatik yolla həll edəcəyik”.

Bunu İranın Daxili işlər naziri Əhməd Vahidi deyib.

“Azərbaycanla anlaşmazlıqlar və fikir ayrılıqları olarsa, bunlar diplomatik yollarla həll ediləcək. İran qonşuları ilə dostluq münasibətlərinə xüsusi önəm verir. Yeni hökumətin siyasətində qonşularla münasibətlər bizim üçün prioritetdir və biz onlarla dostluq münasibətlərini qoruyacağıq. Biz həmişə bəyan etmişik ki, bütün qonşu ölkələrlə və Azərbaycanla dostuq”, — nazir bildirib.

O, bəzi ölkələrin İranla Azərbaycan arasındakı münasibətləri pisləşdirməyə çalışdıqlarını söyləyib.

Mənbə: Teleqraf.com

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: