23.11.2024

Təyyarə qəzasında rus barmağı varmı?

İyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəndə Xəzər dənizinə düşdüyü ehtimal edilən təyyarənin pilotu Rəşad Atakişiyev hazırda itkin düşmüş sayılır. 

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb. Hazırda təcrübəli pilot polkovnik-leytenant Rəşad Atakişiyevin axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Və Hərbi Prokurorluq müvafiq cinayət işi qaldırıb, Müdafiə Nazirliyi qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradıb.

Məlumatlarda verilən təyyarənin radardan itməsi, təcrübəli pilotla əlaqənin kəsilməsi kimi informasiyalara görə ilk ağıla gələn versiya, radio elektron hücum olur. Bu sahədə üstün olan və Xəzər dənizini bu «çətir» altında saxlayan Rusiyadır.

Rusiya Xəzərin bütün akvatoriyasına ciddi surətdə nəzarətdə saxlamaqdadır. Ardıcıl olaraq keçirilən təlimlər dediyimizi sübut edir. Təkcə bu il iki dəfə hərbi təlim keçirilməsi dediklərimizi sübut edir.

TƏYYARƏ QƏZASINDA RUS BARMAĞI VARMI?

Keçirilən iki hərbi təlimi nəzərdən keçirək.

9 iyul 2019-cu ildə keçirilən təlimlər haqqında, APA-nın verdiyi məlumatda deyilirdi ki, «Dağıstan» və «Tatarıstan» raket gəmilərinin, «Qrad Sviyajsk», «Uqliç», «Volgodonsk», kiçik raket və artilleriya gəmilərinin ekipajları da daxil olmaqla 1 min nəfərdən çox əsgər və Xəzər flotiliyasının 20-dən çox gəmisi iştirak etdiyi göstərilmişdi. Habelə trolling gəmiləri, artilleriya gəmiləri və dəstək gəmilərinin iştirak etməsi bildirilmışdi.

Təlimdə Cənubi Hərbi Dairənin təyyarələrindən dörd təyyarə də iştirak etməsi xəbər verilirdi.

Təlimlərin birinci mərhələsi müdafiə və yeni ərazilərdə hərbi qüvvələrin döyüş hazırlığı vəziyyətinə gətirmək, ikinci mərhələsində isə, elektron müharibə şəraitində dəniz, sahil və hava hədəflərinə raket və artilleriya atəşləri kompleksi həyata keçirməklə şərti düşmənin yerüstü gəmiləri ilə dəniz döyüşləri zamanı gəmilərlə birgə hərbi əməliyyatlar nəzərdən keçirilmişdi.

«Flot2017» -yə aid bir yazıda isə deyilir: «Xəzər donanması və Rusiya Cənub Hərbi dairəsinin Radio Elektron Mübarizə (REM) üzrə 49-cu Ümumqoşun birliklərinə məxsus mütəxəssis və hərbçilərin birgə təlimləri keçirilir. Təlimdə radio rabitəyə,naviqasiyaya, radioelektron hücum və şərti düşmənin radiolakasiya zərbələrinə qarşı tədbirlərin görülməsini nəzərdə tutur.

«Борисоглебск» kompleksindən olan P-330 БМВ sisteminin radio dalğalarının hesabatı, həmçinin Красуха və «Дзюдоист» komplekslərinin güclü radiasiya şərtlərində düşmənin naviqasiya sahəsini müəyən etmək və silahların əhatə olunmuş qoşunları hədəfləmə ehtimalını pozmaq məqsədi qaşıya qoyulmuşdu.

Avtomatik dalğa ötürücü stansiyasından istifadə etməklə şərti düşmənin pilotsuz uçuş aparatlarının naviqasiya sistemlərinə təsiri barədə də tapşırıqlar yerinə yetirilmişdir.

TƏYYARƏ QƏZASINDA RUS BARMAĞI VARMI?

Bu təlim REM birləşmələrinin vahid komanda-qərargah təlimlərinin planı çərçivəsində həyata keçirilib, tərkibində Xəzər Hərbi Dəniz Donanmasının və Cənub Hərbi Dairənin 49-cu Ümumqoşun Ordusunun 300-dən çox hərbçisi iştirak edib, təlimlərə 60-dan çox hərbi və xüsusi texnika cəlb olunub».

Bu iki hərbi təlimdə diqqətimizi çəkən Radio Elektron Mübarizə (REM) sistemlərinə sizin də diqqətinizi yönəltmək istərdik. Bu sistemin özəlliklərinə diqqət edin. Borisoglebsk-2 sələflərindən daha yaxşı texniki xüsusiyyətlərə malikdir: Radio kəşfiyyatın genişləndirilmiş tezlik diapazonu və elektron sıxışdırma, tezlik diapazonunun arama sürətinin artması, radio mənbəyinin yerini müəyyənləşdirməkdə daha yüksək dəqiqlik, hədəf seçilmiş vasitələrə istiqamətlənmiş bant genişliyi. Təkmilləşdirilmiş proqram təminatı və operatorların avtomatlaşdırılmış iş yerinin interfeysi sayəsində bir obyektdən digərinə keçərkən hərbçinin işinin rahatlığı təmin edilir. Rusiya cənub cinahında bu sistemləri yerləşdirməsi heç də təsadüfü deyil. 

Daha bir arayışa diqqət yetirək: Borisoglebsk-2 ”mobil elektron müharibə kompleksidir. Radio kəşfiyyat və Foto nevskii-bastion.ru radio КВ, УКВ hücum xətləri, yerüstü mobil və aviasiya radio rabitə əlaqələri, taktiki və əməliyyat-taktiki səviyyələrdə abunəçi terminalları sıradan çıxarmaq üçün nəzərdə tutulmuşdur.

Borisoglebsk-2 ”mobil elektron müharibə kompleksidir. Radio kəşfiyyat və Foto nevskii-bastion.ru radio КВ, УКВ hücum xətləri, yerüstü mobil və aviasiya radio rabitə əlaqələri, taktiki və əməliyyat-taktiki səviyyələrdə abunəçi terminalları sıradan çıxarmaq üçün nəzərdə tutulmuşdur.

Borisoglebsk-2 kompleksinə R-330KMV idarəetmə məntəqəsi və R-378BMV, R-330BMV, R-934 BMW və R-325UMV qoşqu stansiyaları daxil edilir. MT-LB bazasında yalnız 9 ədəd texnika olur.

Bu kompleks bir neçə yüz kilometrlik ərazidə radardan obyektləri gizləmək üçün «çətir» kimi istifadə edlə bilir. Bu, komandanlıq postlarını, qoşun dəstələrini, hava hücumundan müdafiə sistemlərini, mühüm sənaye və inzibati-siyasi obyektləri etibarlı şəkildə əhatə etmək üçün kifayətdir.

Məlumata görə, yenilik, güclü dalğa müdaxiləsi ilə bir neçə yüz kilometr məsafədə çox saylı E-3 AWACS radar təyyarəsinin avadanlıqlarını sıradan çıxara bilər. Casus peyklərinə də təsir göstərir.

TƏYYARƏ QƏZASINDA RUS BARMAĞI VARMI?

Bu qəza Rusiyanın 100 km-də baş verib. Yəni, geniş məlumat verməkdə məqsədim bu sistemləri təlimlərdə sınaqdan keçirən Rusiyanın Azərbaycana məxsus Miq-29 təyarəsinin qəzasında əli oması ehtimalını çoxaldır. Üstəlik. qəza baş verən istiqamət Xəzərin şimal-şərq suları olması bu ehtimalı gücləndirir. İranın yük gəmisinin batması isə daha çox diqqətin yayındırılması üçün həyata keçirilməsini düşünmək olar.

Digər versiyalarda deyilən texniki nasazlıq, yaxud hava şəraiti problemi olsaydı, təyyarə qəflətən radarlardan itməz, pilotla əlaqə kəsilməzdi. Pilot R. Atakişiyev sag və salamat tapılmazsa, demək, onun heç katapult etməyə vaxtı belə olmayıb. Bu da radio elektron hücumla mümkün olan variantdır. Üstəlik, yerlə əlaqəsi kəsilmiş yüksək sürətli qırıcı təyyarənin koordinat yanlışlığı ilə, Xəzər sahili başqa ölkə sərhəddinə keçə bilməsi də mümkün variantlardandır. Lakin bu barədə Xəzər hövzəsi ölkələrindən heç bir informasiya daxil olmayıb. Qəzaya uğrayan təyyarənin qalıqlarının Şurabad Giləzi arasında olması versiyası da yenə radio elektron hücuma məruz qalması versiyasını gücləndirir. Rusiyanın bu qəzada barmağı varmı? Bunu artıq zaman deyəcək…

Yerli mətbuatda yayılan məlumatlarda isə, R. Atakişiyevin qaynatası Q. Hüseynli, kürəkəninin peşəkar hərbçi oluğunu da qeyd edib: “Rəşadın 34 yaşı var. Heydər Əliyev adına Hərbı Akademiyanın məzunudur. Yüksək səviyyəli pilotdur. Yaxşı hərbi təlim keçmişdi. Hərbi hissə komandirinin müaviniliyinə qədər yüksəlib . Türkiyədə keçirilən təlimlərın olub. TÜRKAP hərbi təlimlərinin hamısında iştirak edib. Hərbi hissədə də hamının yanında hörmət qazandığını görürəm. Hamısı peşəkarlığından danışırlar”.

TƏYYARƏ QƏZASINDA RUS BARMAĞI VARMI?

Q. Hüseynli bildirib ki, R.Atakişiyev gecə təlimində yalnız olmayıb: “Onunla yanaşı daha iki təyyarə havaya qalxıb. Amma adətən “Miq-29”lar tək adamlıq oluğundan təyyarədə yalnız olub. Komandiri də onunla eyni vaxtda təlimdə iştirak edib. Gecə döyüş hazırlığı təlimində düşmən təyyarəsinə hücumun variantlarını sınaqdan keçiriblər. Digər iki təyyarə yerə enib. Amma Rəşadın olduğu təyyarə radardan itib”.

Araşdırmalar davam edir və hər birimiz pilotumuzun sağ tapılması üçün dua edirik. Onu bütün Azərbaycan gözləyir…

Xaqani ƏDƏBOĞLU,
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: