08.09.2024

Azərbaycan aviasiyası «Anadolu Qartalı-2021» təlimində iştirak edir

Azərbaycan hərbi pilotlarının iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən «Anadolu Qartalı-2021» beynəlxalq taktiki-uçuş təlimi davam edir, Azərbaycan Müdafiə Nazirliyi bazar günü bildirib.

«Təlimin növbəti günündə Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin yer və hava hədəflərinin məhv edilməsi üzrə növbəti döyüş tapşırıqlarını icra edib», — məlumatda qeyd olunub.

Azərbaycan hərbi pilotları «hava növbətçiliyini təşkil edib, hava sərhədini pozmağa cəhd göstərən şərti düşmənin aşkar olunaraq məhv edilməsini icra edib, eləcə də qarşı tərəfin canlı qüvvəsi və zirehli texnikasına zərbələr endirib», Müdafiə Nazirliyi qeyd edib.

NATO-nun iştirakı ilə hazırlanıb hər il keçirilən hərbi təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri bu il 2 ədəd MIG-29 və 2 ədəd SU-25 hərbi təyyarələri ilə təmsil olunub.

Mənbə: BBC

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: