Pakistan mina axtaranları da Qarabağa gəlir!
44 günlük Şanlı Vətən müharibəsində Azərbaycandan dəstəyini əsirgəməyən qardaş Pakistandan bir heyət Qarabağa gələcək.
Bunu bir müddət öncə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Azvision.az-a müsahibəsində deyib.
«Məlum olduğu kimi, Azərbaycanın azad edilmiş əraziləri kütləvi olaraq minalanıb. Pakistanın minaların təmizlənməsi ilə bağlı təcrübəsi varmı və bu sahədə Azərbaycana kömək edə bilər» sualına cavab olaraq səfir bildirib: «Pakistanla Azərbaycan arasında bununla bağlı müzakirələr gedir. Yəqin ki, yaxın günlərdə Pakistandan bu sahə üzrə heyət Azərbaycana gələcək və onlar azad olunmuş ərazilərdə minalardan təmizlənmə prosesinə qoşulacaq».