Vətən müharibəsində ağır yaralanan hərbçimiz şəhid oldu

15 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına vuruşaraq ağır yaralanan igid hərbi qulluqçu Azər Dilafət oğlu Əliyev yanvarın 28-də müalicə olunduğu xəstəxanada dünyasını dəyişərək şəhidlik zirvəsinə yüksəlib.


AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, yaralandığı vaxtdan müalicə olunan döyüşçü həkimlərin bütün cəhdlərinə baxmayaraq vəfat edib. Əslən Şuşa rayonunun Çaykənd kəndindən olan Azər Əliyev Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində məskunlaşmış məcburi köçkün ailəsinin övladı idi. O, I Qarabağ savaşları başlananda müddətdən artıq hərbi qulluqçu kimi Milli Ordu sıralarına qatılıb.


Dünyasını dəyişən cəsur döyüşçü yanvarın 29-da Yuxarı Qiyaməddinli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, ictimaiyyət nümayəndələri, yerli sakinlər, media mənsubları, dindarlar iştirak ediblər. Şəhidin ruhuna dualar oxunub. Şəhidimiz ailəli idi, bir azyaşlı övladı var.
Allah rəhmət eləsin.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •