Rusiyada mitinqə rekord sayda adam çıxıb

Yanvarın 23-də Rusiyanın müxtəlif bölgələrində Aleksey Navalnıya dəstək aksiyalarında iştirak edənlərin sayı 250-300 min nəfər təşkil edib.

Oxu24.com «Dojd» telekanalına istinadən xəbər verir ki, bunu siyasətçinin qərargah şəbəkələrinin rəhbəri Leonid Volkov «Açıq Mediya»ya bildirib.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov Moskvada 50 mindən çox insanın razılaşdırılmamış aksiyaya çıxdığını deyib. Reuters agentliyi isə Moskvadakı etiraz aksiyasında 40 min nəfərin oduğunu yazıb. RF Daxili İşlər Nazirliyinin məlumatına görə, Moskvada cəmi 4 min insan aksiyalara qoşulub.

Yanvarın 23-də Rusiyanın paytaxt Moskva da daxil olmaqla müxtəlif bölgələrində Aleksey Navalnıya dəstək aksiyaları keçirilib. «OVD-Info»-ya görə, razılaşdırılmamış aksiyal zamanı 3 mindən çox insan güc strukturları tərəfindən saxlanılıb. Onlardan 1320 nəfəri Moskvada, 490-ı isə Peterburqda saxlanılıb.

Aksiyalardan sonra Rusiya Federasiyası İstintaq Komitəsi Moskvada, Sankt-Peterburqda və Vladivostokda polis məmurlarına qarşı zorakılıqla əlaqədar cinayət işləri və yetkinlik yaşına çatmayanların qanunsuz hərəkətlərə qarışması ilə bağlı iş qaldırıb. Bundan əlavə, Moskvada xuliqanlıq və əmlaka qəsdən ziyan vurma maddələri ilə də cinayət işləri açılıb.

Xatırladaq ki, yanvarın 17-də Berlindən Moskvaya dönən A.Navalnı 30 gün müddətinə həbs olunub. Qeyd olunur ki, məhkəmə müxalifətçinin «İv Roşe» işi üzrə şərti cəzasının həqiqi cəza ilə əvəz olunması məsələsinə də baxacaq.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •