15.07.2025

Rusiya FHN mütəxəssisləri humanitar missiya ilə Azərbaycana gəlib

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 nəfərdən ibarət mütəxəssisi Dağlıq Qarabağda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vəzifəsinin yerinə yetirilməsi üçün “IL-76” təyyarəsi ilə Gəncə aeroportuna enib.

“Report”un Qərb mərkəzi xəbər verir ki, 20 nəfərdən ibarət olan qrupa pirotexniklər və xilasedicilər daxildir.

Eyni zamanda təyyarənin göyərtəsində 3 ədəd minatəmizləyən texniki robot avandanlığı da var.

Humanitar missiya çərçivəsində pirotexniklər Ağdam rayonunda işləyəcəklər.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: