ARAŞDIRMA: Ordum varsa, yurdum var!

I YAZI

Fedai.az Araşdırma Qrupu olaraq, son vaxtlar Azərbaycan Ordusunu, Dövlət Sərhəd Xidmətini, Hərbi Prokurorluğu hədəf seçən bəzi qüvvələrin fəallaşdıqlarını araşdırmaq qərarına gəldik. Bu məqsədlə adı çəkilən qurumları bu işdə bizə yardımçı olmağa səsləyirik.

Hərbi sahədə maariflənmənin zəif olduğunu nəzərə alaraq, aparıcı media orqanları ilə sıx əlaqələrin qurulması vacibdir. Sosial şəbəkələrdə bu nüansları anlamayan şəxslərin işlətdkləri hər bir ifadə və faktlar düşmən tərəfindən ciddi surətdə izlənilir, əleyhimizə kompromantlar kimi istifadə olunur. Çünki informasiyanın mənbəyinin konkretləşməsi düşmənə əlavə faktlarr qazandırır. Düşmən heç bir vəsait xərcləmədən ordumuza qarşı informasiya savaşında tutarlı faktları dezinformasiya kimi əleyhimizə yönəldə bilir. Bu sahədə maarifləndirmənin zəif olması bəzi mediya resurslarını da alətə çevirir. Mustafa Kamal Atatürk deyirdi: «Savaş, nəhayət meydan savaşı sadəcə qarşı- qarşıya gələn iki ordunun çarpışması deyildir. Millətlərin çarpışmasıdır. Meydan savaşı millətlərin bütün varlıqlarıyla, elmi və texniki sahədəki səviyyələriylə, əxlaqlarıyla, mədəniyyətləriylə, qısacası bütün maddi və mənəvi güc və bacarıqlarıyla, hər cür vasitələriylə çarpışdığı bir sınaq meydanıdır.»

Azərbaycan Şəhid verdi - Rəsmi

Qeyd edək ki, 1996-ci ildə Pentaqonun eksperti Robert Banker bir simpoziumda ABŞ Hərbi Qüvvələrinin XXI əsrdə yeni quruculuq və hərbi fəaliyyəti (“Forse-21” konsepsiyası) barədə məruzə etdi. Məruzənin əsasını hərbi əməliyyatların iki yerə bölünməsini nəzərdə tuturdu: ənənəvi faza və kiberfaza.

Banker yeni “kibermanevr” doktrinasını irəli sürərək, ənənəvi hərbi konsepsiyaların əsasında əks tərəfin, yəni düşmənin silahlı qüvvələrini neytrallaşdırmağın mümkünlüyünü irəli sürürdü. Beləliklə, hərbi əməliyyatlara başlamazdan öncə təkcə torpaq, dəniz, hava və kosmosla kifayətlənməyib oraya infosferanı əlavə edirlər. Hərbi ekspertlərin dediyinə görə, yeni müharibələrdə hədəf kimi əsas informasiya infrastrukturu və düşmənin psixikası əsas götürüləcək. Hətta bu fikri təsdiqləyən termin də meydana çıxıb: “Human network”. Bu gün bank SWIFT kodlarından tutmuş, reklam rolikləri, filmlər, bioloji laborotoriyalar, internet və mobil operatorlarınadək bu mübarizənin subyektləri kimi nəzərdə tutulub. ona görə də internetdə sosial şəbəkə istifadəçisi olan hər kəs, öz davranışı və paylaşdığı informasiyalar ilə istəmədən olsa belə, düşmən tərəfin əlində alətə çevrilə biləcəklərini anlamalıdırlar.

İnformasiyaya sahiblik edənlər, dünyaya hökm edərlər-TƏKRAR » Fedai.az

Unutmaq olmaz ki, Ordu qismən qapalı bir qurumdur, özünün funksiyası və məxfilik şifrələri olan bir hərbi birləşmədir. Orduda on minlərlə insan xidmət edir. Bu xidmət edən şəxslərin rəhbərliyində olan, Ali Baş Komandanın etimad göstərdiyi şəxslər haqqında bu formada çıxışların səsləndirilməsi yol verilməzdir. Hər kəs anlamalıdır ki, sosial şəbəkələrdə yayılan məlumatları düşmən də oxuyur. Şəxsi narazılıqları ictimailəşdirərək internet resursları ilə yayılması, nə əsgərimizə, nə də zabit şərəfinə yaraşan iş deyil. Müharibə şəraitində yaşayan bir ölkədə ən başlıca prinsip düşməni maksimum şəkildə informasiyasız qoymaqdan ibarət olmalıdır. Belə olduqda düşmən öz gizli mənbələrini üzə çıxarmağa məcbur olur. Ona görə də ötürülən hər bir informasiya və ictimailəşdirilən hər bir məsələ ölkənin hərbi fəaliyyətinə kölgə salan arqumentlərdən uzaq olmasına diqqət yetirilməlidir. Əleyhimizə işlədilməsi mümkün olan faktları yaymaq, ən azı düşmənə «ayı xidməti» göstərməkdir.

Unutmaq lazım deyil ki, savaşın öz qanunları var və hər birimizin bu qanunlara tabe olmağımız vacibdir. Düşmən tərəfi Birinci Qarabağ savaşında işlətdiyi “informasiya savaşı” taktikasını cüzi dəyişikliklərlə yenidən işə salıb. Hazırda düşmənin dezinformasiya və təxribat planlarına aşağıdakılar daxildir:

-Terror və s. ekstremal hadisələrin baş verəcəyi barədə şayiələrin yayılması;

-İctimai yerlərə, sosial şəbəkələrə, saytlara əsası olmayan xəbərlərin daşınması və yerləşdirməsi;

-Cəbhədə yayılan məlumatların, təslimçilik ruhlu xəbərlərin ötürülməsi;

-Dezinformasiyaların cəmiyyət şüurunun alt qatlarına sirayət etməsinə çalışmaq;

-Milli barışa, sabitliyə xələl gətirəcək şəkildə iqtidar-müxalifət münasibərlərinin kəskinləşdirilməsi;

-Yeni münaqişə ocaqlarının yaradılması;

-Müxalif meyilli radikal qrupların birləşdirilməsi;

-Müharibənin əleyhinə patsefist süarlı yürüyüşlərin təşkili;

-Erməni ordusunun məğlubedilməzliyi barədə mifin formalaşdırılması;

-Əldə edilmiş nailiyyətlərin heçə endirilməsi, silahlanmaya xərclənən vəsaitlərin şişirdilməsi;

-Düşmən tərəfinin itkilərinin qəsdən azaldılması və s.-ni əks etdirən kadrların, fotoşəkillərin və xəbərlərin yayılması, bu konteksdə bizim itkilərimizin şişirdilməsi;

-Müharibə əleyhinə mediyada patsefist çıxışların çoxalması;

-Etnik separatizmin alovlandırılması;

-İran, Türkyə, Rusiya, Türkmənistan, Gürcüstan kimi həmsərhəd ölkələrlə münasibətlərə xələl gətirə biləcək məqalələr, şərhlər və hətta statusların təşkili;

-Dini, irqi və məzhəb ayrı-seçkiliyi salmaq;

-Əhali arasında xof, qorxu, inamsızlıq və s. yaradan şayiələrin yayılması;

-Azad edilmiş ərazilərdə düşmənin əlindən alınmış hərbi-strateji mövqelərin əhəmiyyətinin miqyasca azaldılmasına xidmət edən informasiyaların yayılması;

-Cəbhəyanı bölgə əhalisi arasında qorxu, xof, xaos yarada biləcək şayiələrin yayılmasını təşkil etmək;

-Ölənlər,dağıntılar barədə ardıcıl informativ kadrların, xəbərlərin yayılmasının təşkili;

-Xalqımızın orduya inamını sarsıtmaq və s.

Bu istiqamətlərdə fəaliyyət göstərən atanızın oğlu, qardaşınız olsa belə, bilin ki, satılmışdır.

İnformasiyaya sahiblik edənlər, dünyaya hökm edərlər-TƏKRAR

Çünki ordu bizim ordudur, qürur yerimizdir. Hazırda biz müharibə şəraitindəyik. Sabah Ali Baş Komandanın əmrlərini bu rəhbərlik vasitəsi ilə şəxsi heyət yerinə yetirəcək. Bilirsiz ki, Azərbaycan Ordusunda çox böyük işlər görülür. Bu gün reytinq üzrə Azərbaycan Silahlı Qüvvələri dünyanın 52 ən güclü orduları sırasında yer alır. Bu da, əlbəttə, başda Ali Baş Komandan olaraq, bizim hər birimizin qürur yeri, hər bir zabit, əsgər və rəhbərliyin böyük zəhməti hesabına başa gəlib.

Xatırladaq ki, dünyanın ən güclü ordularının siyahısını «Global Fire Power» araşdırma mərkəzi hazırlayıb. Siyahıya 138 ölkənin adı daxil edilib. Reytinq hazırlanan zaman bir neçə kriteriya nəzərə alınıb — hərbi büdcə, şəxsi heyət, Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, pilotsuz uçan aparat və helikopterlər, qırıcılar, tanklar və donanma sayı.

Həmçinin, koronavirus pandemiyası ilə düzgün mübarizə taktikası seçildiyindən, orduda bir nəfər də olsa virusa yoluxmayıb. Buna səbəb Prezidentin zamanında hadisələri diqqət mərkəzində saxlayaraq, ara vermədən apardığı ciddi strateji siyasət xalqın inamlı dəstəyini qazanması oldu. Pandemiyanın böhranlı bir dövründə Sumqayıtda tibbi maska istehsalına başlanılmasının da bu sahədə, xüsusən hərbi hissələrdə virusun yayılmasının qarşısının alınmasında böyük rolu oldu. Qısa bir müddətdə bütün imkanları səfərbər edərək ölkə vətəndaşlarının, xüsusilə yaşlı nəslin nümayəndələrinin qorunması, onların sağlamlığına göstərdiyiniz qayğı, vətəndaşlarımızın maddi ehtiyaclarının ödənilməsi, bu ağır zamanda onlara edilən sosial yardımlar xalqın və orduda xidmətdə olan hərbçilərin dərin rəğbətinə səbəb oldu. Ölkənin müdafiəsində dayanmış hərbi strukturlarda çalışan, istər Müdafiə Nazirliyi, istər DSX, istərsə də Hərbi Prokurorluq əməkdaşları yürüdülən mübarizə taktikasını, görünməz bir düşmənlə mübarizə kimi qəbul etmiş və gələcək qələbələrimizin bayraqdarı İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Verilən göstərişlərə əməl edilməsi sayəsində koronavirus hərbi birliklərimizə yoluxmadı. Qonşu Ermənistan, İran və Rusiya ordularında yoluxma halları bu gün də davam etməkdədir.

Elə bu fakt da ordudakı nizam-intizamın bir göstəricisi sayılmalıdır. Fedai.az Araşdırma Qrupu ordunu hədəfə alan şəxslər və qüvvələrin əsil məqsədləri haqqında araşdırmaları diqqətinizə çatdıracağıq. Bizi izləyin…

Ardı var

İnformasiyaya sahiblik edənlər, dünyaya hökm edərlər-TƏKRAR » Fedai.az

Fedai.az Araşdırma Qrupu

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share