19.03.2024

Azərbaycanın Milli Qəhrəmanı Əfqan Hüseynovun Anım mərasimi keçirildi

Bacarıqlı igid komandir Milli Qvardiyanın adını yüksəyə qaldırmış, 1 noyabr 1992-ci ildə alayın düşmən üzərinə yeni hücumu zamanı aldığı güllə yarasından əbədi olaraq gözlərini yummuş, şəhid mayor Hüseynov Əfqan Qaraxan oğlunun Anım günü keçirilib.

Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 9 mart 1995-ci il tarixli 63 saylı əmri ilə Azərbaycanın Milli Qəhrəmanı mayor Hüseynov Əfqan Qaraxan oğlunun adı əbədi olaraq Milli Qvardiyanın şəxsi heyətinin siyahısına salınmışdır.

AVMVİB-nin sədri Füzuli Rzaquliyevin əmri ilə Şəhid Milli Qəhrəman Əfqan Hüseynov «Müharibə veteranı» Xatirə medalı ilə təltif olundu.

Medalı Şəhidin həyat yoldaşı Leyla xanıma AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, polkovnik Elmar Hüseynov tərəfindən təqdim edildi.

Azər Bayram


Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: