Xocalıya aparan yollar (I)

I yazı

TAM 27 İLDİR Kİ, BİR SUALA CAVAB TAPA BİLMİRƏM: NİYƏ BİZİM ARTİLERİYA VƏ QRAD QURĞULARI O GECƏ ƏSKƏRANA BİRCƏ DƏNƏ DƏ MƏRMİ ATMADI? NƏDƏN???

Bu gün bir millətin tarix səhnəsindən endirilməsi uğrunda mücadilə gedir. Bir vaxtlar bizim bir televiziyada hər gün bir neçə dəfə belə bir cümləni təkrarlıyırdılar ki, «DÜNYA BİRLİYİ BU ƏDALƏTSİZLİYƏ HƏLƏ DƏ DÖZÜR»…

Zalım uşağı, problemi başında olan sən, dözürsənsə dünya niyə dözməsin? Bəlkə papauslar gəlib sənin yerinə Xocalının qisasını alacaq? Sənin məmur etdiyin bir para məmurların heç erməni-hay boş qaraçılarını düşmən saymır. Hələ üstəlik, erməni terror planlarının hazırlandığı kilsələrə pulsuz qaz verməyini bizə soxuşduranların «dalı qızan o keşişlərin» sonrakı planlarından yəqin ki, xəbərləri də olmamış deyil? AMMA BU BİYABIRÇILIĞA DÜNYA BİRLİYİ HƏLƏ DƏ DÖZÜR…

Yaxşı yadımdadır Xocalı qırğınından 2 gün sonra zirehli texnikanı vurmaq üçün qrantamyot, heç olmasa tank əleyhinə qumbara üçün Müdafiə Nazirliyinə gəlmişdik. Bizə dedilər ki, (Ş. Musayev) qrantamyotları Zaqatalada yaradılan batalyonlara vermişik. Onlar hazır olanda Qrabağa yollayacağıq. Mübahisə etdim ki, biz gedib düşmən tankına deyək ki, gözləyin Zaqataladan qrantomyotçik gələcək? Müharibə Dağlıq Qarabağda gedir, yoxsa Zaqatalada?

Oradan çıxıb dilxorcasına AXC qərargahına gəldik. Qərargahın qarşısı qələbəlik idi. Xalq Xocalı qətliamının xofunu yaşayırdı və xeyli sonra Elçibəy çıxıb sakitliyə çağırdı və Azərbaycanın BMT-yə üzvlüyünə baxıldığını bildirdi. BMT bizi tanıyacaqdı və tanıdı da. Amma Xocalı soyqırımını törədən terrorçu Ermənistanı da bizdən bir gün sonra tanıdı. Onlara 20% Azərbaycan torpağı, bizə isə gərəksiz qətnamələr peş-kəş edildi. İndi bizim olan torpaqlar iyrənc düşmənin ayaqları altında, gərəksiz BMT qətnamələri (822, 853, 874 və 884 saylı qətnamələr) isə bizim əlimizdədir. BMT bizi tanıdı və bu gün Xocalı faciəsini tanıtmaqdan bəhs edirik. Tanınsa nə dəyişəcək ki? Bu günədək bir Xocalı qatilini Haaqa tribunalına çıxarmamışıqsa, bircə qatili öldürə bilməmişiksə, bunun səbəblərini aramaq lazımdır.
Dağlıq Qarabağın və dərhal Aran Qarabağın işğal edilməsi mənfur bir planın tərkib hissəsidir. Yazıda keçmiş SSRİ DTK-sının polkovniki, hazırda araşdırmaçı-politoloq kimi tanınan Rövşən Novruzoğlunun gizli sənədlər əsasında yazdığı kitablardan bəzi məqamları sizlərin diqqətinə bir daha çatdırmaq istərdim.

R. Novruzoğlu yazır: .“201499” rəqəmi yazılmış bir qovluqda toplanılmış sənədlər maraqlıdır. Bu sənəddəki qeydlərə görə məlum olur ki, hələ 1989-cu ilin avqust ayının 28-dən İttifaqın tərkibindəki hər hansı bir respublikaya müxtəlif həcmlərdə zəhər ayrılıb. Kiçik konteynerlərə yüklənmiş bu kiçik preparatlar vasitəsilə hər bir dövlət və yaxud hakimyyət özünü qorumağı bacarmalı idi. Məlumata görə Mərkəzi Kəşfiyyat İdarəsinin xəttilə ayrılmış “zəhər kütləsi” Ağ Evdə müzakirə olunub və sonra respublikalara göndərilirdi. Məsələn, 1990-cı ilin yarvarın 20-dən Ukraynaya 40 qram, Belorusiyaya 35 qram, Gürcüstana 12 qram, Ermənistana 9 qram, Özbəkistana 55 qram, Azərbaycana 17 qram, Türkmənistana 14 qram, Pribaltika ölkələrinə üst-üstə 70 qram… üstündə “Felau-1” yazılmış kiçik konteynerlər yola salındı. Məlumata görə, daha dəqiq olsun, deyək ki, Kremlin Xüsusi Mühafizə dəstəsinin əməkdaşlarından olan D. X. Tanfilov “201499” saylı qovluğa qoyduğu açıqlamasında yazır: “Bu zəhər konteynerlərini Kapitoliydan göndərirlər. Bu zəhər konteynerləri yenicə ayrılıb müstəqillik arzulayan ictimai-siyasi quruluşların düşmənləri üçün idi. İnsanı məhv etmək, onu sıradan çıxarmaq cəmi on altı saniyə çəkirdi”. 

Eyni proseslərlə bərabər SSRİ-ni çökdürmək planı əsasında DTK-Ordu qarşıdurması yaradıldı. Sovet Ordusu SSRİ-ni saxlamaq uğrunda çalışsa da, DTK SSRİ-ni çökdürmək üçün çalışırdı. Bu faktı yetərincə erməni mənbələri və rus mənbələri təsdiq edir. Çünki V. Kryuçkov 1989-cu ilin dekabr M. Qorbaçıovun Maltada böyük Buşla görüşündə müzakirə olunan məsələlər barədə məlumatları əldə etmişdi. İlkin məlumatda SSRİ də quruluşun dəyişdirilməsi, ADR-in AFR-lə birləşməsi və Pribaltikanın İttifaqdan çıxması barədə Qərb mətbuatının yaydığı xəbərlər arasındaydı. Qorbaçov ətrafında ermənilərin çox olması olacaqlardan hali olduğuna görə 1985-ci ildən hazırlaşmağa və pul toplamağa başladılar. Bu işə bu gün pulsuz qaz verdiyimiz erməni kilsələri rəhbərlik edirdi və öz icmalarının siyahılarını tərtib edirdilər. Din xadimlərinin bir başa DTK ilə bağlı olmasının bu gün bilməyən yoxdur. Paralel olaraq xüsusi xidmət orqanları milli ucqarlarda məhəlli milli münaqişə ocaqlarını qalamağa başladılar və müxtəlif imperiyaların əsrlərcə «əl iti» olmuş erməni toplumu bu işə həvəsli olması, həm xarici, həm də daxili xidmət orqanlarının diqqətindəydi. Dediyim məsələni «Kryuçkov siyahısı», yaxud «Siyahı 2200» təsdiq edir. SSRİ-ni dağılmasını istəyənlərin adları bu siyahıda əks olunub və biz bu dövr tam məlumatsız halda KP-yə keçmək üçün raykomlara rüşvət verirdik.

Novruzoğlu yazır: «1988-ci ilin payızında “Meydan hərəkatı” layihəsilə Azərbaycanda sınaqdan çıxartdılar. Bu layihə cəmiyyətdə elə bir mənzərə yaratmışdı ki… hamı özünü “milli qəhrəman” kimi aparırdı.

Milli Məclisdə layihəyə görə “Dördüncü mikrofon” açıldı. Məlumata görə bu mikrofonun açılması və yaxud qurulması üçün 214 min dollar ayrılmışdı (?). Eyni “Dördüncü mikrofon” Qazaxıstan, Türkmənistan, Ukrayna, Belorusiya, Özbəkistan parlamentlərində də açılmışdı. Moskvada isə “Dördüncü mərtəbə” məşhur idi. Məsələn, “Vaşinqton Post” qəzeti 1992-ci ilin fevral saylarında qeyd edirdi ki, Azərbaycanın ictimai-siyasi mühitində elə bir qəribəlik var ki, burada hər kəs elə bilir Azərbaycanı SSRİ-nin tərkibindən o ayırıb. Amma Azərbaycanda qanlı-qadalı hadisələr, qarşıdurmalar, layihələr əsasında hazırlanmış dekorativ səhnələr olmasaydı da o, ayrılacaqdı. Məgər Türkmənistanda qan axıdıldı?»…

Azərbaycanda hadisələrin məcrası bilərəkdən hakimiyyət uğrunda mübarizəyə yönləndirildi. Kütlə istədiyi «Azadlıq»ın mahiyyətini dərk etmədiyinə görə Xaosa doğru gedirdi. Mərkəz Azərbaycanda hakimiyyəti durumu idarə edə bilməyən adamlara dövr etməsi də planın tərkib hissəsiydi. Ordu bir çox mövqelərdə artıq DTK-nın oyunlarında Almata, Vilnüs, Tiflis, Bakı qırğınlarıyla öz nüfuzunu itirmişdi. Ermənilər bu barədə hər cür məlumatı hər gün ala bilirdilərsə də bizim Mərkəzin oyunlarından xəbərsiz şəkildə, bir az da kor-təbii şəkildə kimlərəsə xidmət etmkdəydik. Planın xaricdə hazırlanan hissəsində bölgənin azərbaycanlı əhalidən tam təmizlənməsi, DTK planında etnik zəmində münaqişə zonası və ermənilərin planında isə Su qovuşanadək işğal, Gəncənin tutulması və eyni zamanda Əlikramın əliylə TMR-in elan edilərək talış xalqını armenoid adıyla öz içində əritmək idi. Planlar mahiyyətcə bir — biriylə üst-üstə düşürdü. Bizdə isə N, Pənahlı kimilərin ağlıyla dar ağacı qurulur və sərhəd dirəyi sökülürdü.

R. Novruzoğlunun yazdığına görə, Dr. Moisey aşağıdakıları qeyd edir: “Azərbaycan milləti yer üzündə artıq millətdi. Onun haradan çıxması, məhv olması ilə yer üzündə heç bir katastrofik hadisə və yaxud faciə baş verməz. O millət tarixdə elə bir xariqə yaratmayıb ki, onun itirilməsi, yer üzündən silinməsi nə isə, hansısa bir fəlakətin başlanğıcını qoysun. Mən Azərbaycanda tədqiqatlar apararkən o millətdə xeyli saxtakarlıq, yaltaqlıq, ikiüzlülük, paxıllıq və xəyanət gördüm. Sərvət toplamaq, varlı olmaq üçün o millət hər şeyə hazırdır. Elmli, bilikli, təhsilli, zəngin mənəvi dəyərləri olan bu millətin istedadlı nümayəndələri həmişə zülm və işgəncələr altında əzilib. Mən, bilmirəm, elə bir gün gələcək ki, bu millət özünün vəkilliyini öyrənsin, dərk etsin? Doğurdanmı məşhur Babək, Koroğlu, Qaçaq Nəbi, Fizuli, Nizami, Şah İsmayıl bu millətdən çıxıb? Mən o yerlərdə tarixin yetirdiyi bu şəxsiyyətlərə süd verən anaları axtardım, onları görmək üçün çox axtardım, amma tapa bilmədim. O yerlərdən və orada yaşayan insanlardan maksimum canlı laboratoriyalar kimi istifadə olunması məsləhətdir. Tez-tez o yerlərə keçmək bizim üçün lazımdır”. Sovet İttifaqının və ermənilərin birgə planları haqqında 1988-ci ildə CİA-nın direktoru Uilyam Uebsterin ABŞ-ın vitse-prezidentinə ünvanlandığı məktubda münaqişə haqqında məlumat verilir. Bu məktub 25 il məxfi qrifi altında qalıb. CİA direktoru dağlıq Qarabağ münaqişəsinin yaranmasında erməni ziyalılarının, xüsusilə Qorbaçovun məsləhətçisi Aqanbekyanın rolunun olduğunu qeyd edir. Bu sənəd 2012-ci ildə məxfilikdən çxıarılsa da, indi yayılıb. 

Hadisələrə 1985-ci ildə start verilməsini heç də təsadüfən yazmadım. 1985-ci ildə Şəmkirdəki 366-cı motoatıcı alay heç bir səbəb olmadan Dağlıq Qarabağa dislokasiya edilir. Əslində, bu ana qədər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində heç bir böyük hərbi hissə olmamışdı. SSRİ rəhbərliyi tərəfindən isə niyə məhz 1985-ci ildə bu addımın atılması və böyük hərbi hissənin niyə məhz Qarabağda yerləşdirilməsinə heç bir səbəb göstərilmir. Rusiya, hələ də Moskvanın bu addımını lazımlı dəlillərlə əsaslandıra bilməyib. Azərbaycandan olan ekspertlər isə 366-cı alayın Qarabağda yerləşdirilməsinə əsas səbəb kimi Zaqafqaziya Hərbi Dairəsi rəhbərliyi ilə yüksək vəzifəli erməni millətçiləri arasında olan razılaşmanı göstərirlər. 1987-ci ildən etibarən ermənilər çaxnaşmalar törətməyə başlayır. Tezliklə, erməni separatçıları Sovet ordusunun anbarlarına hücumlar təşkil edirlər. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, 1990-cı il yanvarı 1-indən 1992-ci ilin iyununadək Zaqafqaziyada silah anbarlarına 294 dəfə hücum təşkil edilir. Bunun 130-u Ermənistanda, 164-ü Qarabağda qeydə alınır və hamısı ermənilərin payına düşür. Sovet mənbələrinə görə, bu alay Qarabağda tam ştatla fəaliyyət göstərməyib. Əslində 1800 nəfər şəxsi heyətə sahib olan alayın tərkibində 1992-ci ilin fevralında 630 hərbçi vardı. Bunlardan da 129 nəfəri zabit və gizir, onlarınsa 49 nəfəri əslən erməni olan zabit idi. Yəni bütün bu oyunların fonunda bu gün bizlərə 1988-ci ildə oyanıb «hakimiyyət davası döyməyə nə ad verirsiniz verin», mən Xocalıya gedən yol deyəcəm. Biz inadla Xocalıya yollar açırdıq…

Xocalıdan ruslar sənəd üzrə cəmi aşagıdakı silahları çıxartdıqlarını bəyan edib. Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb Gürcüstana aparılmışdır, bu zaman hərbi texnikanın böyük bir hissəsi – 9 tank, 4 zirehli transportyor, 70 piyada döyüş maşını, 4 “Strela-10″ raket qurğusu, 8 top, 57 minaatan və digər silah-sursat erməni birləşmələrinə təhvil verilmiş və bu silahlardan azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir. Üstəlik Beynəlxalq hüquq normalarına uyğun şəkildə baxıldıqda Rusiya rəsmən separatçı terrorçuları dəstəkləyən bir dövlət kimi şikayət edilməli idi. Amma etmədik. Üstəlik Rusiyanın 7-ci Ordusu vertaliyotlarla silah daşıdığını və o vertaliyotlardan birini vurduğumuzu dəfələrlə yazmışam.

Bu gün bir terrorçu erməni əsgəri Racik Dedeyanin qeydləri olan bu yazılarda ermənilərin Xocalıya hücum ərəfəsindəki planları və törətdikləri vəhşiliklər təsvir olunub: “Biz Xocalıya hücum etməzdən bir gün öncə Quçşular ətrafinda toplanmışdıq. Bizim komandirimiz Suren Sumbatyan bizi iki sıraya düzərək dedi: “Biz bu gün Xocalıya girəcəyik. Qarşınıza çıxan heç kimə rəhm etməyin. Uşaq, qoca, cavan, əsgər, qadın, qız hər kəsi öldürün. Evlərini yandırın, məscidlərini yandırın, dini kitablarını (red- Qurani Kərimi) murdarlayıb özlərinə yaladın. Bizim üçün bir amal var qisas və Arsaxın müstəqil olması”.

Biz “Yaşasın Arsax” deyə qışqırdıq. Bizimlə bərabər Suriyadan və Livandan gəlmiş ermənilər də vardı. Biz Xocalıya daxil olduq. Həmin gecə qarşımıza çıxan hər kəsi öldürürdük. Hər dəfə müsəlman türk öldürdükdə gözümüzdə intiqam odu parlayırdı. Biz əsirləri tikanli məftilə bağlayıb maşınların arxasında parça-parça olana qədər sürüyürdük. Suriyadan gələn ermənilər isə onların kəlləsinin skeletini çıxarmaq üçün özləri ilə xüsusi alət gətirmişdilər. Onlar bu alətlə müsəlman itlərin kəllə sümüyünü çıxarır, kəllə skeletlərindən əşya düzəldirdilər.

Biz kiçik yaşlı uşaqları Xankəndinə apardıq. Orda bizim həkimlər onların daxili orqanlarını götürürdü. Qadın əsirləri isdədiyimiz qədər zorlayırdıq. Onların murdar bədəninə qızdırılmış xaç çəkirdik. Biz onlara verdiyimiz işgəncədən zövq alırdıq. Məscidlərin birində onları əsir götürdük. Onları məcbur etdik ki, öz murdar it yuvaları olan bu şeytan yuvasını murdarlasınlar. Müsəlman türklər bundan imtina etdikdə biz bunu etdik və sonra onları öz məscidlərində öldürüb öz dini kitabları ilə birgə külə döndərdik. Onlar Allahlarından kömək istəyirdi, amma onlara kimsə kömək etmirdi.

Onların Allahı da bizdən qorxurdu. Əsirləri bir-birini zorlamağa, öldürməyə məcbur edirdik. Onlar bundan imtina edəndə biz onları işgəncə ilə öldürürdük. Hamilə olan müsəlman qadınların qarınlarını cırıb, uşaqlarını öldürürdük ki, it soyu olan müsəlman türklər azalsın. Onların öldürülməsi bizim üçün vacib idi».

Bu faşizmi dəstəkləyən güclər də o erməni faşizmi ilə bu gün də qol-qoladır. Biz isə bunlardan ədalət istəyirik. Hökmü icra edən cəlladdan imdad istəyirik. Bunlar Xocalı fəryadını eşitsə nə dəyişəcək ki? Öncə edam yerinə sürülən bir toplum kimi düşünməliyik. Biz hara gedirik? Bu yollar və tamahının köləsi olmuş adamlar bizi haraya aparır?

Politoloq R. Novruzoğlu yazır: «Azərbaycana qan nə üçün lazım idi? Respublika üçün bu qanlı layihələrin icrası güman etmək olmaz ki, bitib. Şübhəsiz, çoxsaylı araşdırmalar göstərir ki, tarixən qədim və hərarət içində yanan bu millətin genetik kodlarında qorxu sindromlarını yaratmaq düşmən üçün, düşmənin kəşfiyyat seti üçün həmişə gərəkli olub. Professor Tatarin nümayəndəliyə ünvanladığı məktubda yazırdı: “Siz millətinizi qoruyun. İmkan verməyin düşmən evinizə, canınıza, ailənizə “Qarğa təbəssüm”ləri ilə girsin. Bu “Qarğa təbəssümləri” altında sizləri məhv edəcək, sizləri qarşı-qarşıya qoyacaq, mənəvi-əxlaqi dəyərləri məhv edə biləcək bir fəlakət yatır…”

Bu fəlakətləri təhlil etməkdə hələ ki acizik. Məsələn, 1990-cı ilin yanvarından (birinci qorxu), 1991-ci ilin noyabrından (ikinci qorxu)… 1992-ci ilin fevralından (üçüncü qorxu)… qan içində boğulan və şikəst hala salınan genetik kodlarımız sağalmaq, dirçəlmək bilmir»…

Müəllif: Xaqani ƏDƏBOĞLU

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •