19.04.2024

Sabirabad veteranlarından II Dünya müharibəsi veteranlarını ziyarət

AVMVİB Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov və bir qrup müharibə veteranları bölgədə müharibə veteranlarını ziyarət edərək «Biz birlikdə güclüyük!» prezident çağırışı çərçivəsində yardımlar ediblər.


II Dünya müharibəsi veteranları da unudulmayıb. Rayonda 4 nəfər II Dünya müharibəsi veteranı yaşayır. Müxtəlif kəndlərdə yaşayan qocaman veteranlara da yardım edilib.


Faiq Hüseynovun bildirdiyinə görə bu şəxslər aşağıdakılardır:


1. İsmayılov Bəhmən, Minbaşı kəndi, 1924-cü il təvəllüdlü.

2. Əhmədov Ənvər, Çöl Dəllək kəndi, 1923-cü il təvəllüdlü.

3. Əkbərov Əlibarat, Qaraqaşlı kəndi, 1925-ci il təvəllüdlü.

4. Xəlilov Alış, Axtaçı kəndi, 1924-cü il təvəllüdlü.


AVMVİB Sabirabad rayon şöbəsinin sədri F. Hüseynov, veteranlarla görüşərək, onların problemləriylə maraqlanıb.


Nurlan Məmmədli


Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: