19.03.2024

AVMVİB şəhid atasını təltif etdi

AVMVİB sədri Füzuli Rzaquliyevin əmri ilə AVMVİB-in fəxri üzvü, şəhid atası, tanınmış yazıçı, Ağdərə və Kəlbəcər döyüşlərinin iştirakçısı Allahverdi Dərdi (Əliyev) «Milli Ordu -100» Xatirə medalı ilə təltif edib.

AVMVİB sədri Füzuli Rzaquliyev Allahverdi Dərdi təbrik edərək, onu, həm döyüşçü, həm də qəhrəman bir şəhidimizin atası kimi hər birimizin əzizi olduğunu dilə gətirdi. Hər bir döyüşçünün və hər bir şəhid ailəsinin tək bircə arzusu doğma Qarabağımızın düşmən tapdağından azad edilməsidir. Bilirəm ki, Allahverdi Dərdin də ən böyük arzusu elə budur və ona öz arzusuna yetməyi arzu edirəm.

Göstərilən diqqət üçün AVMVİB Rəhbərliyinə və şəxsən F. Rzaquliyevə öz təşəkkürünü bildirən A. Dərd dedi: «16 fevral 2019-cu ildə ömrümün tam fərqli bir gününü yaşamaq nəsibim oldu. Belə ki, məni, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş müqəddəs Şəhidlərimizin və onların ailələrinin, eləcə də oddan-alovdan keçmiş Qazi və Veteranlarımızın problemlərini daim diqqət mərkəzində saxlayan, sıralarında 64 min nəfər üzvü birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin baş ofisinə dəvət etmişdilər.

Ölkəmizdə ən iri İctimai Birliyin sədri Füzuli Rzaquliyev məni bir Şəhid atası olaraq, «Milli Ordumuzun 100-illiyi» medalı ilə ödülləndirdi.
Törəndə AVMVİB-nin sədr müavini Hacı Vahid Abdurəhmanov, habelə Birliyin Mətbuat Xidmətinin rəhbəri, Qazi Xaqani Ədəboğlu da iştirak edirdilər.

Təltifə görə mən də öz növbəmdə, göstərdikləri etimada görə AVMVİB-nin sədri Füzuli bəyə və eləcə də rəhbərliyi təmsil edən digər rəsmilərə öz dərin təşəkkürümü bildirirəm. Və onlara növbəti Vətən savaşında-Qarabağ savaşında, Böyük Qələbə arzulayıram».
Veteran.az saytının əməkdaşları da təbriklərə qoşulur…

Müəllif: Elnur SƏLİM

Xəbərə aid digər fotolar

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: