11.06.2026

“TURAN” Türk Dövlətləri Müharibə Veteranları Birliyinin növbəti işgüzar görüşü Daşkənddə keçirilib

“TURAN” Türk Dövlətləri Müharibə Veteranları Birliyinin növbəti işgüzar görüşü Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilib. Tədbirdə Özbəkistan, Azərbaycan və Qazaxıstanın veteran təşkilatlarının nümayəndə heyətləri iştirak ediblər.

Görüşdə Özbəkistan Respublikasının Veteranlar və Əlillər İctimai Birliyi “Veteran” təşkilatının sədri Tələt Muradov, sədr müavini, ehtiyatda olan polkovnik Rustam Salimov, Özbəkistan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovnik-leytenantı, şair Turamırza Oripov, “Veteran” təşkilatının sədr müşaviri, ehtiyatda olan mayor Nuriddin Mamatov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin beynəlxalq məsələlər üzrə müavini, “Azərbaycan Bayrağı” ordenli, ehtiyatda olan polkovnik Elmar Hüseynov, müharibə veteranları ehtiyatda olan polkovnik Tahir Yusifov və kapitan Bəyanət Qasımov, eləcə də Qazaxıstan Respublikasının “Tacikistan–Əfqanıstan sərhədində döyüş əməliyyatları iştirakçıları” İctimai Birliyinin sədri Murat Muxamedjanov və sədr müavini Nurpolad Ayğan iştirak ediblər.

Qonaqları salamlayan Tələt Muradov türk dövlətlərinin veteran təşkilatları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. AVMVİB sədrinin beynəlxalq məsələlər üzrə müavini polkovnik Elmar Hüseynov isə AVMVİB sədri Füzuli Rzaquliyevin və Azərbaycan veteranlarının salamlarını iştirakçılara çatdırıb. Qazaxıstan nümayəndə heyətinin rəhbəri Murat Muxamedjanov da çıxış edərək görüş iştirakçılarına uğurlar arzulayıb.

İşgüzar görüş zamanı müharibə veteranlarının cəmiyyətdə rolu, onların sosial problemləri, həlli yolları və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Görüşün sonunda Özbəkistan, Azərbaycan və Qazaxıstan veteran təşkilatları arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan “Əməkdaşlıq Memorandumu” imzalanıb.

Tədbir çərçivəsində bir sıra veteranlar mükafatlandırılıb. Özbəkistan Respublikasının “Veteran” təşkilatının sədri Tələt Muradov və digər fəal veteranlar Qazaxıstan veteranları adından “TURAN” medalı ilə təltif olunublar. Tələt Muradova həmçinin AVMVİB-in “Turan yolu” Fəxri Diplomu təqdim edilib, ona AVMVİB-in xatirə bayrağı və Türk Dövlətləri Təşkilatının bayrağı hədiyyə olunub.

Çıxışı zamanı Tələt Muradov bildirib ki, Özbəkistan Respublikasının “Veteran” təşkilatı 1994-cü ildə yaradılıb və təşkilatın 30 illik yubileyi münasibətilə xüsusi yubiley medalı təsis olunub. İdarə heyətinin qərarı ilə AVMVİB sədri Füzuli Rzaquliyev, sədr müavini polkovnik Elmar Hüseynov, müharibə veteranları Tahir Yusifov və Bəyanət Qasımov, Qazaxıstan nümayəndə heyətinin üzvləri Murat Muxamedjanov, Nurpolad Ayğan, Zalina Muxamedjanova, eləcə də Özbəkistan Silahlı Qüvvələrinin veteranı, polkovnik-leytenant Turamırza Oripov təşkilatın 30 illik yubiley medalı ilə təltif ediliblər.

Görüşün sonunda iştirakçılar birgə xatirə şəkli çəkdirərək türk dövlətlərinin veteran təşkilatları arasında dostluq və əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildiriblər.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-06-10-at-22-59-25

Whats-App-Image-2026-06-10-at-22-59-26

Whats-App-Image-2026-06-10-at-22-59-26-(1)

Whats-App-Image-2026-06-10-at-22-59-26-(3)

Whats-App-Image-2026-06-10-at-22-59-27

Whats-App-Image-2026-06-10-at-22-59-27-(1)

Whats-App-Image-2026-06-10-at-22-59-28

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: