19.03.2024

BERLİNDƏ HAKİMLƏR VAR…

Prussiya kralı Frederix, Berlin yaxınlığındakı Postdam meşələrində gəzərkən üzərində dəyirman olan bir təpənin aşağısındakı bir kiçik təpədə dayanır. Dəyirmanın yerləşdiyi yeri satın alacağını və yerinə bir saray tikdirəcəyini söyləyir.

Kralın adamları dəyirmana gedib onun bu istəyini dəyirmançıya çatdırırlar. Amma adam dəyirmanını satmaq istəmir.

Kral dəyirmançını yanına çağırır. Öncə, dəyirman üçün dəyərindən artıq bir məbləğ ödəməyi təklif edir.

Dəyirmançı: «Xeyr! Mənim dəyirmanım satılmır»- deyər.

Kral: «Yoxsa mənim kral olduğumu bilmirsən?» — deyə ondan soruşur.

Dəyirmançı: «Bilirəm, bilirəm» deyər. «Sən də bil ki, bu dəyirmanın tapu sənədi var və mən onun sahibiyəm» cavabını verir.

Kral: «Onda zorla alıram. Görək bundan sonra nə edəcəksən?» — deyər. Dəyirmançı: «Ala bilməzsən! Berlində Hakimlər var!» cavabını verir.

Kral, özünün islah etdiyi məhkəmələrin ədalətinin ona qarşı olsa belə etibar edildiyini başa düşür və Prussiya Krallığının davam etdiyi müddətdə bu yel dəyirmanının qorunmasını əmr edir.

Sarayını dəyirmandan aşağıda yerləşən təpədə tikidirir və saraya dəyirmançının — Sans-Souci adını verdirir.

Sans-Souci Sarayı və dəyirman hələ də öz yerindədir.

Nə gözəl ədalət, kralın həyətində bir dəyirman …

Ədalət, kralı və dəyirmançını dost etdi. Ədalət budur ki, dəyirmançı və ya kral olsanız da qanun qarşısında boynunuz qıldan incədir.

…İllər sonra gənc bir zabit Berlində bir dəvətdə iştirak edirdi. Dostlarına bu əhvalatı danışıb dedi: «Gedək bu saraya baxaq. Dəyirman hələ də öz yerində dayanmaqdadır»- deyər.

Heç kim o soyuqda çölə çıxmaz.

Yalnız başına oraya bir zabit gedər. Sarayın qarşısına keçir və bu unikal əsəri izləyər. Həmin gənc zabit Mustafa Kamal ATATÜRK idi.

Sunay Akın

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: