29.03.2024

Koronavirus statistikası

Dünyada koronavirusa yoluxanların sayı 400 min nəfəri ötüb.

Bu məlumatı Ümumdünya Səhiyyə Təşkilatı yayıb.

Təşkilatın məlumatına görə, koronavirus qurbanlarının sayı 18 min nəfərdən çoxdur. Qeyd edilir ki, dünyada yeni virusa yoluxanların sayı 414 179 nəfərdir. Yoluxma hallarının əksəriyyəti (220 min) Avropanın payına düşür.

Həmçinin dünyada virusdan 18 440 ölüm hadisəsinin baş verib. Bu göstəricilərin demək olar 12 mini Avropada qeydə alınıb.

COVID-19 infeksiyasına ən az yoluxma Afrikadadır – 1 664 hal. Bu qitədə 29 nəfər koronavirusun qurbanı olub. 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: