Xaricdə yaşayan azərbaycanlılar koronavirusa görə evə qayıda bilməyən həmvətənlərini qonaq etməyə hazırdır

Epidemiya səbəbilə Azərbaycanla bir çox dünya ölkələri arasında hava əlaqəsi kəsilib

Xaricdə yaşayan azərbaycanlılar koronavirus səbəbilə vətənə qayıda bilməyən həmvətənlərini öz evlərində qonaq etməyə hazırdırlar.

Virusun yayılmasının qarşısını almaq üçün Azərbaycanın İran, Türkiyə və Gürcüstanla sərhədləri bağlanıb, bir çox ölkələrdən təyyarə reysləri dayandırılıb.

Hələlik nə qədər Azərbaycan vətəndaşının bu səbəbdən xaricdə “ilişib qaldığı” məlum deyil. Amma sosial şəbəkələrdə bu məzmunda elanlar yayılmağa başlayıb:

“Berlindən evə qayıda bilməyən və yaşamağa yeri olmayan varsa, təmənnasız öz evimdə yerləşdirə bilərəm”.

Avropanın, həmçinin də Türkiyə və Qazaxıstanın müxtəlif şəhərlərindən bu tip təkliflər yayılır.

Hazırda Azərbaycanda 23 koronavirusa yoluxma halı qeydə alınıb. Altı nəfər sağalıb, bir nəfər ölüb./ JAMNEWS /

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •