Demet Akalın: «Gəl də Azərbaycana qurban olma!» — FOTO

Tanınmış türkiyəli müğənni Demet Akalın “İnstagram” səhifəsində Azərbaycanla bağlı yazı paylaşıb.

Veteran.az Oxu.az-a istinadən xəbər verir ki, müğənni azərbaycanlıların “kəfənimizi alıb gəlməyə hazırıq” paylaşımlarına münasibət bildirib.
Eyni başlıqla paylaşım edən sənətçi Türkiyənin 33 şəhid verdiyi dövrdə Azərbaycanın bu məsələyə həssas yanaşdığını, əksər həmkarlarının isə bunu unutduğunu bildirib:


“Gəl də bu Azərbaycana qurban olma! Yaxşı ki, orada tanıdığım gözəl dostlarım var. Biz evdə yemək yeməyə utanırıq, amma öpüşüb videosunu “İnstagram”da paylaşanlar var. Bugünkü “konsertimizi ləğv etdik” yazmağa əlim gəlmir. Bunu böyük bir şey kimi təqdim etmək fikrim də yoxdur. Dünya çox qəribədir. Bəzi insanların da qəlbi yoxdur. Onlar heç mehmetciyin adını uşaq vaxtlarından eşitməyiblər? İnsanlara zorla vicdan geyindirə bilmərik, gərək bir az hörmət etsinlər. Sizin Paris səyahətləriniz, ya da sevgi həyatınız qarşıma çıxır. Bir az insafınız olsun!”

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share