28.03.2024

Ermənistanda orduda baş verən ölümlərin araşdırılmasını tələb edirlər

2020-ci ilin əvvəlindən bəri ay yarım ərzində 13 hərbçi həlak olub. Silahlı Qüvvələr Baş Qərargahı, nəhayət, hadisələrin təfərrüatları haqda məlumat yayıb

Ermənistan ordusunda il yarım ərzində dinc şəraitdə 13 nəfər həlak olub. Fevralın 12-də Dağlıq Qarabağın iki müxtəlif hərbi hissəsində iki hərbçi birdən, səhəri gün isə daha bir əsgər həlak olubErmənistanın İstintaq Komitəsində “təhdid, amansız davranış və insan ləyaqətinin mütəmadi alçaldılması yolu ilə intihar həddinə çatdırma” maddəsilə cinayət işi qaldırılıb.

Hərbçilərin ölüm silsiləsi cəmiyyəti çalxalayıb. İnsanları ən çox hərbçinin naməlum şəraitdə həlak olması haqda xəbərlər qəzəbləndirib. Bununla əlaqədar olaraq baş nazir Paşinyan fevralın 17-də iclas keçirib. Bu iclasda müdafiə naziri, Silahlı Qüvvələr Baş Qərargahının rəisi, Təhlükəsizlik Şurasının katibi, baş prokuror və Milli Təhlükəsizlik Xidmətinin direktor səlahiyyətlətini yerinə yetirən şəxs iştirak edib.

Məsul şəxslərqaldırılmış cinayət işləri ilə bağlı baş nazirə hesabat verdikləri müddətdə hökumət evi qarşısında hüquq müdafiəçiləri etiraz aksiyası keçiriblər. Onlar bəyanat səsləndiriblər və bu bəyanatda deyilir:

“Biz hərbçilərin davam edən qətl və intihar hallarını qınayırıq, bununla əlaqədar siyasi, hüquqi dəyərləndirmənin olmamasını, legitin hakimiyyətin passiv mövqeyini, laqeydliyini və susqunluğunu qınayırıq. Biz işlərin tam açılmamasını və ört-basdır edilməsini qınayırıq”.

Güc strukturları rəhbərlərinin baş nazirlə iclasından sonra isə Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatı yayılıb və nəhayət, aşağıdakı təfərrüatlar dərc olunub:

“Həlak olan 13 nəfərdən… dördü bədbəxt hadisə nəticəsində, dördü xidmətlə əlaqədar olmayan şəraitdə (xəstəlik, şəxsi problemlər) həlak olub. Digər beş hadisə ilə bağlı cinayət işi qaldırılıb, vəziyyət aydınlaşdırılır”.

SQ Baş Qərargahının bəyanatında həmçinin mediaya, siyasətçilərə və ekspertlərə rəsmi mənbələr tərəfindən təsdiqlənməyən hərbçi ölümləri haqda məlumatları yaymamaqlarına dair müraciət də ünvanlanıb. Onlar əmindirlər ki, bu informasiya bəzi “analitiklər” tərəfindən şəxsi və siyasi divident qazanmaq üçün istifadə olunur.|JAMnews|

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: