28.03.2024

CİNGİZ XANIN BUXARA MEYDANINDAKI NİTQİ…

Hər cür dəyərlərdən uzaqlaşan, ləkələnmiş, Türk Millətinin yaşadığı və Xarzəm Türk dövlətini məğlub edən Çingiz xan, at üstündə şəhərə girdi, böyük bir meydan axtararkən, böyük məscidi gördü və soruşdu:

«Bu Sultan Məhəmmədin evidirmi?»

Xocalar cavab verdilər:

«Xeyr, bura Tanrının evidir!»

Çingiz xan üzünü turşudub bu sözləri dedi:

«Allahın evi insanların ürəyidir. Bütün pislikləri ürəyinizə doldurursunuz, sonra Allaha və böyük — böyük evləri tikirsiniz. Əgər Tanrını candan sevsəydiniz, yardımınıza gələrdi.»

Çingiz xan atından düşdü, üzəngini bir xocaya verdi, arxasınca gələn bəylərə də eyni şeyi etmələrini söylədikdən sonra məscidə girdi, minbərə çıxdı, oturdu və yemək yedi. Oradan Bayram meydanına getdi və Xorazm xalqının paytaxtı Buxara meydanında müsəlman olan türk xalqını topladı və aşağıdakı nitqi söylədi:

«Siz qadınlaşmış kişilərsiniz. Yurdunuzu qorumaq üçün ölməyi bacarmayan qorxaqlarsınız. Sizlərdən iyrənirəm. Siz ilan dilli, fahişə qəlbli adamlarsınız. Bir-birinizə yalan danışırsınız, yaşayışınızı qurursunuz. Padişahınız bayağı, vəzirləriniz bayağı, bəyləriniz bayağıdırlar. Siz də bayağı olduğunuz üçün, onların etdiklərinə göz yumursunuz.

Oğruların əlini öpürsünüz, güclü gördüyünüzün ayaqlarına düşürsünüz. Sizdən iyrənirəm. İndi istəsəydim, hamınızı burada öldürərdim, leşlərinizi atlarıma çığnadardım. Bunu ona görə etmirəm ki, mənim əlimlə və mənim əmrimlə öldürülməyə layiq deyilsiniz.

Yalnız bilin ki, günahınız çoxdur, Tanrıya baxmağa belə üzünüz yoxdur. Mən hər şeyi bilən və görən Tanrının qılıncıyam, boynunuza enmək üçün qınımdan çıxdım və par-par parıldayıram. Ağlınız başınıza gəlsə, bəlkə mrdar qanınızı sizə bağışlayaram. Yoxsa hamınızı, kişi və qadın demədən, quş alayı keçən çəyirtkə sürüsünə çevirərəm.»

P.S. Görəsən Böyük Çingiz xan bizləri hansı meydana toplayar və nə deyərdi?!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: