Heç nəyə qarışmadığını iddia edən birisininnin düşüncələri…

Şamil Novruzov

Bəzən diqqətlə göylərə baxaraq görmək “ istədiyimizi” aydın görəcəyimiz tədqirdə, digərlərinə göstərib fərqli baxışlara malik olduğumuzu bildirmək istəyirik. Ancaq qaranlıq səmada ulduzlardan, gündüz isə göydə uçan qarğadan başqa nəyisə müşahidə etmək çətin olduğu üçün, ümidlərimizi itirməyib istədiyimizi axtarmağa davam edirik…

Mən.
Uzun müddət keçməsinə baxmayaraq, hələdə həyatda qarşılaşacağıma ümid etdiyim hadisələrin həsrətindəyəm. Yer kürəsini hansı “qanunlarla” uyğun olaraq fırlanmasından asılı olmayaraq, öz “gücümün” bu dövrələrə nisbətdə istədiyim kimi fırlanmağımı təmin edəcəyinə ümid edirəm. Bir nəfər çox qəribə söyləyib , “yerI saxlayın” mən düşüm.


Görəsən həmin birisi yer kürəsini “xəttə olan marşrutla” müqayisə etdiyi üçün belə söyləyib, yoxsa “ düşdükdən sonra” gedəçəyi yeri dəqiq müəyyən etdiyindən bu qərqra gəlib.


Hər halda özü daha dəqiq bilir. İfadə tərzi həmişə mahiyəti tam ifadə edə bilmir. Hislərə qapanaraq söylənən və həmin məqama aid olan şəxsi fikir, müqayisə və mübahisələrə məruz qalır. Mən hər şeyi öz gözlərimlə görür, öz ağlımla qavrayıram. Istərəm ki heç kəs ağlamasın. İstərəmki heç kəsin ağrılı acılı günləri olmasın. Hər kəs həyatının təkrarsız günlərini, onlara verilən qiyməti duyaraq yaşasın . Yaşayaraq yaşatdığı közəlliklərin qədrini onu anlayanlarla bölüşsün. Yəqinki hamı mənim kimi düşünür. Ancaq bütün bu arzu və xəyallarla bəzədilmiş istəklərə ramən, real həyatın tələblərinidə unutmaq lazım deyil. Bu tələblər həm sosial, həmdə insani mövqeylərdən olanlara olan münasibətimi aşkara çıxararaq məni ifadə edir…

Sən.
Hər kəs məqsəd birliyi xatirinə birləşdiyindən, ümümi yoxsa şəxsi mənafeylərin güdülməsini aydınlaşdırmağa çətinlik çəkirsən. Əksəriyyətin öz xeyrini əsas tutaraq, əvvəlcədən öz payını istədiyi bir yolda, harasa çatıb, çatmamağının bəzən sənin üçün artıq önəmi olmadığını görürsən. Sən “hamı kimi” olmaq məcburiyyətindən qaçmaq istəsəndə, bunu baçarmağın çətinliklərini dərk edirsən. Sənin fikrincə, ümumilik hər kəsə hər kəsdə ümumiliyə aid olmalıdır. Bütün bu işlərdə isə ən əsas fiqur sən özün olduğundan, nəticələrin həmişə tutduğun mövqeydən asılıdır. Sən arzularının yolçususan . Bu yolun keçdiyi ərazini müəyyən edərək elə etməlisənki səninlə gedənlər sənin qazandığını özlərinin isə itirdiklərinin şahidi olmasınlar. Əks tədqirdə sənə ümid edənlər itirilmiş həyatlarına görə səni günahkar sayacaqlar…

O.
Əgər sizlər mane olmasanız o, bu işi daha dəqiq və daha tez bir zamanda yerinə yetirərdi. O, kimsənin onun fəaliyyətimi dəyərləndirib , qiymətləndirməsinin həsrətində deyil.


O, işlərin necə görüləcəyini sizdən əvvəl bilirdi. Heç vaxt bunu yerinə yetirməsədə ən azından, nəyi və necə etməli olacağı haqda həmişə bəzi təsəvvürlərə malik olduğunu gizlətmirdi. Axı nə üçün , hər zaman gec gəldiyini və işlərin necə aparılması qaydasını onsiz müzakirə olunduğunu əsas gətirirsiniz. Axırda gəlsədə, işin gedişatı haqqında qəbul edilən bütün razılaşmalardan xəbərdardır. Öz plan və ideyalarınızı müzakirə etməklə məşqulsunuz. Ətrafada baş verənlərlə maraqlanmırsınız. Necə ola bilərki nəyisə planlaşdırıb sonra onu həyata keçerə bilirsiniz. Hər kəs öz işindən əvvəl öz yerini bilməlidir söylənsə , onun fikrimi daha doğru ifadə etmiş olariq. Əgər çətinliyə düşəndə o kömək edə bilər deyərək onu axtarırsınızsa , demək o hər işdən xəbərdardır. Belə olan tərzdə, bu işlərin onun tərəfimdən görüldüyü birmənalı olaraq qəbul edilməlidir. Digərlərinin isə nə işlə məşqul olduğunu anlamaq olmur. Həmişə hər şeydən narazıdırlar. Sayəsində vəzifəyə gəlir dediklərini yerinə yetirirsiniz. Onun planları ilə çalıb oynayirsınız. Onun bir hissəsisiniz. Hahsı hissəsi olduğunuzsa yalnız ona məlumdur…

Biz.
Zaman keçsədə cəkilmiş əziyyətlərin əbəs olmadığını gördükdə, yaşamaq çox gözəldir deyə düşünürük. Həyatin qəribə olduğu haqda bir şey deyə bilməsəkdə , qəribəlikləri ilə həmişə bizi heyrətləndirməyi bacardığını görürük. Birləşərək, məqsədimizə çatıb arzularımıza qovuşmaq istəyirik. Hər kəsə düzdünlük və ədalət haqqında nağıllar danışaraq, həmişə haqlı olduğumuzu sübut etmkdən usanmamaq istəyirik. Axı bu bizik. Ədalət və mərhəmət şüarları ilə silahlanaraq gələcəyə gedənlər…..
Bəzən ətrafda olanları görmək istəməyərək, hərəkəti davam etdirərən “xəstə”təfəkkür sahibi və ya verilən əmri icra edə bilməsədə, mütləq yerinə yetirəcəyini göstərmək üçün canfəşanlıq edən birisi kimi görünürük…

Siz.
Anlamaq olmur siz təksiniz yoxsa iki nəfər…
Nəzakət xatirinə siz deyə müraciət edilənlərin əksəriyyəti, gizlicə ətrafında ikinci nəfərin olub olmamasını görmək üçün nəzər salır. Siz səlahiyyət sahibisiniz ifadəsinə cavab olaraq, mənim heç kimdən xəbərim yoxdur heç kəsədə tapşırıq vermədiyimdən, həvalə olunmuş işlərin öhtəsindən bugünlük gələ bilmədim cavabını eşidirsən.


Siz , sizdəndən öncə və ya sonra hətta “sizinlə birlikdə” gələrək sizə aid olan işlərlə məşqul olacaq “kimsədən” qorxursunuz. Qorxduğunuz üçündə onları axtarıb məhv etmək istəyirsiniz. Sizinlə digərlərinin fəqini aydınlaşdırmağa çalışırsınız.Ona görədə özünüz özünüzü məhv edirsiniz. Sizdə çoxsunuz digərləridə. Qorunmaq lazımdır. Qorunmasan məqamını itirərsən. Onu tapanlarsa onu sizə qaytarmağa müvəkkil deyil…

Onlar .
Anlaşılmaz çoxluqları , gözlənilməz hərəkətləri ilə kənərdan baxan hər kəsi təəcübləndirə bilirlər. Onlar kimdir, nə işlə məşqul olurlar nə üçün toplaşıb sonra isə heç nə olmamış kimi dağılışırlar. Onlar biz, siz və digərləridirlər. Onlar cəmiyyətin hər üzvünün ,kənərdan baxaraq qiymət verdiyi və yaxud hərəkətlərinə şəbədə qoşduğu toplumudur. Onlar bizik. Onlar sizsiniz. Məndə onlardanam . Ancaq həmişə özümə verdiyim qiymət onlara verilən qiymətdən fərqli olur…

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •