Ölkə rəhbərinin göstərişləri necə həyata keçirilir? — Nizami rayonu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi yarandığı gündən dövlətimizin və dövlətçiliyimizin yanında olmağı özünün əsas vəzifələrindən biri kimi qəbul edib. 65 minlik veteran ordusu kimi bizim amalımız Qarabağın düşmən tapdağından azad edilməsi və ölkəmizdə hərbi-vətənpərvərlik ruhunun daim yüksəldilməsidir. Bu gün ölkə başçısının apardığı islahatlar müharibə veteranlarının ürəyincədir. Prezident İlham Əliyevin dediyi: «Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin» fikirləri əsas tutaraq bu saydan etibarən, müharibə veteranlarına məmurların, xüsusən İcra Hakimiyyəti Başçılarının münasibətləri barədə düzü düz, əyrini əyri olmaqla vermək niyyətindəyik. Çünki hələ də öz klassik üslubundan əl çəkməyənlər müharibə iştirakçılarına və xalqa münasibətlərini dəyişməyiblər və bu işdə çətinlik çəkməkdədirlər.

Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən demişdi:

«Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidirlər. Mənim göstərişimlə son vaxtlar bu proses bir qədər geniş vüsət alıb, amma lazımi səviyyədə deyil.

Mənə verilən məlumata görə, bəzi hallarda formal xarakter daşıyır, bəzi hallarda vətəndaşları narahat edən problemlərə reaksiya verilmir. Ona görə biz çox diqqətli olmalıyıq. Əgər vətəndaşı nəsə narahat edirsə, buna reaksiya verilməlidir. Əlbəttə, bütün məsələlərə obyektiv şəkildə baxılmalıdır. Bəzi hallarda elə məsələlər qaldırılır ki, bunun heç bir əsası yoxdur, yaxud da sırf şəxsi xarakter daşıyır.

Ölkə rəhbərinin göstərişləri necə həyata keçirilir? - Nizami rayonu

Ancaq bir çox hallarda vətəndaşlar haqlı olaraq öz təkliflərini verirlər, onları narahat edən problemləri qaldırırlar. Həm Bakı Şəhər İcra Hakimiyyəti və bütün rayon icra hakimiyyətləri vətəndaşlara böyük diqqətlə yanaşmalıdırlar. Beləliklə, Bakı şəhəri və Azərbaycanın bütün şəhərləri planlı şəkildə inkişaf etməlidir».

Elə ona görə də ilkin olaraq Bakı şəhəri Nizami rayonundan başladıq.

AVMVİB Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev sorğumuzu məmnunluqla qarşıladı. Bildirdi ki, Nizami rayonunda veteranlara və bu qəbildən olan insanlara münasibət ideal səviyyədədir. Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayona Başçı təyin ediləndən bu qəbildən olan insanlara münasibətdə köklü dəyişikliklər baş verdi. Keçirilən rayon daxili bütün tədbirlərə dəvət olunmaqla yanaşı, onların problemləri daim diqqətdə saxlanılır. Bu da İcra Hakimiyyətinin Başçısı Arif Qasımovun özünün də müharibə veteranı olmasıyla bağlıdır. Bizim Nizami rayonuna belə bir insanın başçılıq etməsi biz veteranların ürəyincədir və buna görə də ölkə rəhbəri cənab İlham Əliyevə rayon veteranları adından öz minnətdarlığımızı bildiririk.

AVMVİB Nizami rayon şöbəsinin sədri R. Baxşıyev, daha sonra bildirdi ki, rayonda mədəni-kütləvi tədbirlərin keçirilməsi ənənvi hal alıb. Dövlət başçısının tapşırıq və göstərişlərinə bizim rayonda dərhal reaksiya verilir. Rayon sakinləri ilə mütamadi olaraq səyyar qəbul-görüş keçirilir və bu görüşlərdə iştirak edən rayon sakinləri sərbəst olaraq rayon rəhbəri ilə təmasda olur. Onlarla insanın problemi həll edilib, o cümlədən də bizim etdiyimiz bütün müraciətlər öz müsbət həllini tapıb. Deyə bilərəm ki, cənab prezidentin bütün göstərişlərinə bizim rayonda ciddi surətdə əməl olunur.

AVMVİB Nizami rayon şöbəsinin sədri R. Baxşıyev, dediklərinə əlavə olaraq rayon şöbəsinin YAP Nizami rayon təşkilatı ilə də normal əlaqələri var. YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva da daim veteranlarımızın problemlərinin həllində öz köməyini əsirgəmir. Bütün bunlar rayonumuzda işlərin düzgün qurulmasından xəbər verir.

Deyilənlərə əlavə olaraq bildirək ki, Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, həqiqətən də müharibə veteranlarına, müharibə əlilləri və şəhid ailələrinə olan isti münasibətindən xəbərdarıq. O, bu il AVMVİB qərargahına təşrif buyurmuş və təşkilatın problemləri ilə maraqlanmış az saylı İcra Başçılarımızdandır. Həqiqətən də Nizami rayonunda abadlıq işlərinə xüsusi diqqət var. Rayon ərazisində həyətlər abadlaşdırılır, məhəllə daxili yollara asfalt örtük çəkilir.

Ölkə rəhbərinin göstərişləri necə həyata keçirilir? - Nizami rayonu

Xatırladaq ki, rayonun son bir ayda gördüyü işlərə, mədəni-kütləvi tədbirlərə sosial şəbəkə vasitəsiylə nəzər saldıq. Bu tədbirlərin bir qismini diqqətinizə çatdırırıq.

— Nizami Rayon İcra Hakimiyyəti YAP Nizami rayon təşkilatı ilə birgə 18 oktyabr — Dövlət Müstəqilliyi Günü münasibətilə Heydər Əliyev adına Neft Emalı Zavodunda tədbir keçirib.

— 28-29 oktyabr 2019-cu il tarixlərində Kimya-biologiya təmayüllü Respublika liseyində və Keşlə qəsəbəsindəki 201 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Sağlam həyat tərzini seçirik – tütünçəkməyə və narkomanlığa yox deyirik!” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

— 62 №-li məktəb-liseydə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun R.Rüstəmov küçəsi 13, 13a, 17, 19, K.Balakişiyev küçəsi 46a, 46 və M.Abbasov küçəsi 41, 43 saylı binaların sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

— 9 noyabr. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Ə.Hacıyev küçəsi 23a, 23b, 46a, 46b, 46d, 46e, Q.Qarayev 27, 29 ünvanlarında yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.

— 9 noyabr. IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş «Bizim həyət» layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

— Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 238 №-li tam orta məktəbdə 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə “Əbədi dalğalanan üçrəngli bayrağımız!” adlı tədbir keçirilib.

— Nizami Rayon İcra Hakimiyyətində 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə 113 №-li uşaq bağçası-körpələr evində tərbiyə alan uşaqların iştirakı ilə ədəbi-bədii kompozisiya keçirilib.

— 13 noyabr 2019-cu il tarixində 220 №-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun Naxçıvanski küçəsi 57, 57a, 65, 65a, 75, 79 saylı binaların sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

— 18 noyabr 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində məktəblilərin Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə təntənəli yolasalınma mərasimi keçirilib və s.

Bu bir layihədir və davamlı olaraq yaxşıya yaxşı, pisə pis deməyə çalışacağıq. Arif Qasımov bacarıqlı və səriştəli bir İcra Başçısı kimi ilkin təqdimatımızda öz zəhmətinə və ölkə rəhbərinin «xalqa xidmət» çağırışına cavab verən bir məmur olduğunu elə rayon veteranlarından dinlədik. Kimsəyə zəhmət vermədik və vaxtlarını da almadıq. «Uğurlar olsun»-deyirik.

Elnur Səlim

Ölkə rəhbərinin göstərişləri necə həyata keçirilir? - Nizami rayonu
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share