28.03.2024

Modul xəstəxanada vərəm xəstələri müalicə olunacaq

«Bu gündən əvəllər COVID-19 xəstələri üçün istifadə etdiyimiz Saray modul tipli xəstəxana vərəm xəstələrinin müalicəsi üçün istifadə olunmağa başlayacaq».

Veteran.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, 200 yataqdan ibarət olan Saray xəstəxanası Abşeron Mərkəzi Rayon Xəstəxanasının nəzdində fəaliyyət göstərəcək:

“Xəstəxana ən yeni avadanlıqlarla təchiz olunub. Xəstəxananın nəzdində olan 10 nəfərlik çarpayı fondu olan reanimasiya və intensiv terapiya şöbəsi fəaliyyət göstərəcək. Bu da ağciyər vərəminin ağırlaşmış formalarından əziyyət çəkən xəstə xəstələrin müalicəsi üçün istifadə olunacaq”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: