28.03.2024

Şərəflə Yaşanan Ömür Yolu: Mübariz Quliyev -50

      İnsan üçün ən yaddaqalan günlərdən      başlıcası  onun həyata        gəldiyi      gündür.      Ömrə bəzək olan ad günü hər il xüsusi  qeyd olunur.   Belə insanlardan  biridə peşəkarlığı, hümanistliyi, vətənpərvərliyi, təvazökarlığı,    işgüzarlığı  və  səmimiyyəti    ilə  seçilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini  Quliyev Mübariz    Hacı oğludur. Yanvar    ayının     5– də onun doğum günüdür.

     Daimi    həyatın    bütün imtahanlarından alnıacıq və üzüağ     çıxan        Müharibə Veteranı     Mübariz Quliyevi   doğum  günü    münasibətilə ,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai   Birliyinin rəhbərliyi,   səmimi qəlbdən təbrik edir,ona həyatda insan ucun  ən   şirin      nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.

       Arzu edirik  ki,   Mübariz Quliyevin  yaşının üstə gələn bu yaş ona, sevinc   dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

      İctimai  işlərdə   fədakarlıq göstərən, dostlara, yaxınlarına isti        münasibətdə       olan Mübariz   Hacı oğlu   Quliyev, 1973- ci ilin  yanvar ayının 5 – da Sumqayıt şəhərində   ziyalı ailəsində dünya göz  açıb.   O, əslən Tovuz rayonundandır.  

      Yüksək    peşəkarlığın ilə öhtəsinə düsən vəzifələri və ona həvalə olunan çoxşaxəli işləri həmişə ləyaqətlə yerinə yetirən  Mübariz     Hacı oğlu Quliyev,      1989 — cu     ildə Sumqayıt   şəhərində    orta məktəbi ,   1996 -cı ildə  isə   Texnologiya Ünverstetini bitrib.

         Xoş       ünsiyyəti         və təvazökarlığı   ilə    fəriqlənən    2 – ci     qurup    əlili    Mübariz Quliyev 1991-  1992- ci illərdə      könülü      olaraq  Azərbaycan Ordusunun Tovuz rayonun ərazisində    yerləşən hərbi hissələrində      müvafiq vəzifələrdə  Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət edib.

     Bacarıqlı ,   təşkilatcı      və qayğıkeş     insan   2- ci qurup əlil Mübariz Quliyev         Azərbaycanın ərazi bütövlüyü uğrunda (Tovuz rayonu istiqamətlərində) gedən döyüşlərdə  fəal iştirak  edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmiş və ağır  yaralanmışdır.

      Əsli  vətəndaşlıq  mövqeyi ilə secilən,   sadə insan, zəngin  mənəviyyat    sahibi          olan   Mübariz Quliyev  2017 -ci    ilə   kimi,   AVMVİB – in   Sumqayıt şəhər     şöbəsinin  sədri   olub.  O,  hal- hazırda    Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavinidir.

  O,  könulü olarq Azərbaycan Ordusunda       xidmət etdiyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai    Birliyin Sumqayıt    şəhər şöbəsiində müvafiq    ictimai      vəzifəni  yerinə   yetrdiyi  illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına   və   qanunlarına əməl edilməsi istiqamə-tində,   Hərbi      Andın,  Hərbi nizamnamələrin,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin     tələblərinin   dəqiq və sözsüz yerinə yetirilməsi işində üzərinə    düsən vəzifə   və tap-şırıqların öhtəsindən layiqincə gəlmişdir.

     İş və döyüşcü   yoldaşları Mübariz Hacı oğlu  Quliyevi   vətənpərvər, qorxmaz, səxavətli,  əliacıq  və  zəhmətkeş insan kimi dəyərləndirirlər.O, istər təhsil aldıgı dönəmdə , istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost- tanış, qohum — əqrəba  arasında özünə layiq  hörmət qazanıb.

       Vətənsevər        bütün sınaqlarından ləyaqətlə cıxan, Mübariz Quliyev   xidməti və ictimai    vəzifələrin   yerinə yetirilməsinə  məsuliyyətlə yanaşdığına    görə  Müdafiə  Nazirinin Müavini- Azərbaycan  Ordusunun   Baş    Qərargah rəisinin, Korpus və hərbı hissə komandirlərlərnin,Azərbaycan- Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin, Sumqayıt       şəhər        İcra hakimiyyətinin    başçısının,  Sumqayıt         şəhər      Yeni Azərbaycan  Partiya sədirinin   müvafiq       əmrləri   ilə bir sıra medalarla,   döş   nişanları ilə  fəxri   fərmanlarla,   qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  MÜBARİZ  BƏY.

 ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

100 YAŞA, SAĞLAM YAŞA!

 Azerbaycan Vətən Müharibəsi Veteranları    İctimai    Birliyi sədrinin    huquqi məsələlər üzrə    müavini     polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: