20.04.2024

Təbrik: Hüseyin Qarayev -54

İnsan ücün yad-daqalan tarixlərdən başlıcası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd edilir. Daxili İşlər Nazirliyi Daxili Qoşunların Naxcıvan şəhərində ydrıəşən hərbi hissədə xüsusi xidmətləri olan  Silahlı Qüvvələr veteranı ehtiyatda olan polkovnik Hüseyin Qarayevin yanvar ayının 4 də 54 yaşı tamam olur.Bü gün münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  rəhbərliyi, Silahlı Qüvvələr Veteranı ehtiyatda olan polkovnik  Qarayev Hüseyn Ərrahman oğlunu dogum günü münasibətilə səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarinda bitib — tükənməyən naliyyətlər arzulayır.

    Arzu edirik ki, Qarayev Hüseyinin   yaşının üstə gələn bu yaş ona, sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən illərdən daha gözəl Hüseynin istəklərinə uyğun onu, xoşbəxt edəcək şəkildə keçsin.

    Qarayev  Hüseyn Ərrahman oğlu yanvar  ayının 4 də 1969- cu   il tarixində Naxcvan şəhərində zəhmətkeş ailədə anadan olub.O,  1986 -cı ildə Naxcvan   şəhər Sultanlı adına  orta məktəbi,1987-  ci ildə Bakı şəhəri Suraxan  rayonunda 1 -nömrəli peşə məktə-bini, 1998 -ci ildə Naxcıvan Dövlət Univeristetini,1999 -cu ildə isə DİN-in Daxili Qoşunların Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzin-də  ilkin   zabit hazırlığı kursunu bitrib.Hüseyin  Daxili Qoşunlarda   xidmət etdiyi illər ərzində o, DİN-in Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarlarında,kurslarda,xüsusi- taktiki təlimlərdə, komanda -qərargah məşqlərində,seminar və konfranslarda fəal iştirak edib.

    Polkovnik Hüseyin  Qarayev  1987-1990 -cı illərdə Sovet Ordusunun Hərbi Dəniz Qüvvələrinin Murmanski  şəhərində yerləşən hərbi hissələrində  müddətli həqiqi hərbi xidmətə olub.1990- 1993 -cü illərdə Naxcvan Muxtar Respubilkası-nın Rabitə və Daxili İşlər Nazirliklərində telqrafcı və radio mexanik  vəzifələrində işləyib.

      1998 — 2022-cü ilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsinin Naxcvan şəhərində yerləşən hərbi hissəində (Əlahiddə taborda, alayda və birqadada) manqa və taqım komandiri, böluk komandirinin  müavini, mənzil -istismar xidməti rəisi, hərbi hissə komandirinin maddi-texniki  xidmət-lər üzrə müavini, vəzifələrində Xalqa, Vətənə və Dövlətə  sədaqətlə xidmət etmişdir.

   Hüseyin Qarayev, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

      Qarayev Hüseyin peşəkarlığı və human-istliyi ilə seçilən ömrünün  ən məhsul-dar dövrünün  25- ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə   gəlmişdir .

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      Hüseyin Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respubli-kasının Konstitu-siyasına və qanunlar-ına əməl etməkdə, Hərbi Andın,  Hərbi   və Daxili Qoşunların Döyüş  Xidməti nizamnamələrinin eləcədə  digər hüquqi- normativ aktların  tələblərinə, həmcinin vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffə-qiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

   O,Naxcıvan Muxtar Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhər-də, yaşayış məntəqə-lərində  baş vermiş kütləvi ixtişaşların qarşısının;alınmasın-da,Mütəşəkkil cinayət-karlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərər-sizləşdirilməsində, fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütöv-lüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə  «Əla Ximələrə Görə » döş,yubiley və müvafiq idman dərəcələri ilə təltif olunub, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafat-landırlıb və ona təşəkkür elan edilib.

      Döyüş hazırlığındakı əla göstəricilərə görə,təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fəriqlənməyə görə,şücaət və fədakarlıq   göstərdiyinə görə Azərbaycan Respubli-kasının Prezidenti adından,     “Hərbi Xidmətdə Fərqlən-diyinə Görə” 3 dərəcəli medala,“Silahlı Qüv-vələr Veteranı” medalı ilə,  «Qüsursuz xidmət-lərə görə» 1-ci, 2-ci və 3-cü dərəcəli medalar-la, «Silahlı Qüvvələrin yaranmasının » 10-illiyi, 90-illiyi  və 95-iliyi yubiley medallarl ilə təltif olunub.

    Xidmət vəzifələrinin yerinə yetirilməsində və hərbi hissə  qarşısında qoyulmuş tapşırıqlarının yerinə yetirilməsində xüsusi  fəriqləndiyinə görə  Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə «HƏRBI XİDMƏTLƏRƏ GÖRƏ » medalı ilə təltif edilib.

DÖĞUM GÜNÜZ MÜBRƏK OLSUN. HÜSEYİN!

GÜNƏŞ QƏDƏR İSTİ…QAR DƏNƏSİ QƏDƏR SAF VƏ TƏMİZ BİR DİLƏYİLƏ… AD GÜNÜN MÜBARƏK OLSUN… Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquq işlər üzrə müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: