Şəhid Mayıllı Mahmud Əflatun oğlunun mövludu qeyd edildi
Bu gün, 12.07.2026-cı il tarixdə Yardımlı rayonunun Avaş kəndində şəhid Mayıllı Mahmud Əflatun oğlunun mövludu qeyd edildi. Şəhidin məzarı üzərinə gül dəstələri düzüldü, dualar oxundu, şəhidin keçdiyi həyat yolu və qəhrəmanlığı barədə çıxışlar edildi. Şəhidin ata ocağında ehsan süfrəsi açıldı və ehsan verildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
AVMVİB-in Yardımlı rayon şöbəsi