29.03.2024

İrandan daha bir nota səfirimizə təqdim olunub

Azərbaycan səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“RİA Novosti” “Telegram”-a istinadən xəbər verir ki, ona “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” etiraz notası təqdim edilib.

Noyabrın 10-da Azərbaycan Respublikasının Tehrandakı səfiri İran XİN-ə çağırılmışdı. Buna səbəb kimi guya ölkəmizin mətbuat orqanları və rəsmiləri tərəfindən İran İslam Respublikasına qarşı təbliğat və böhtanların davam etməsi göstərilmişdi.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: