29.03.2024

Təbrik: Əzizov Ələddin Qadir oğlu — 53

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xaçmaz rayon şöbəsinin sədri Əzizov Ələddin Qadir oğlunun 53 yaşı tamam olur.

Ələddin Əzizov 1992-1996-cı illərdə Vətənin müdafiəsində müxtəlif bölgələrdə xidmət edib.

İdmançı olan Ə. Əzizovun bu sahədə də nailiyyətləri yetərincədir. Avropa, Dünya çempionluğu ilə yanaşı bir sıra Beynəlxalq turnnirlərdə ölkəmizi layiqincə təmsil edib. Bu gün də Xaçmaz və şimal bölgələrində baş məşqçi kimi Azərbaycan idmanına öz töhfələrini verməkdədir.

Müharibə veteranlarının problemlərinin həllində ictimai fəal kimi öndədir. Onun bu fəaliyyəti AVMVİB-nin təsis etdiyi Xatirə medalları və Fəxri fərmanla təltif edilib.

     Daimi həyatın bütün sınaqlarından alınıaçıq, üzüağ çıxan ad günü münasibətilə səmimi qəlbdən təbrik edir,  səbəbkara  həyatda insan üçün ən şirin  nemət olan möhkəm can sağlığı, ailə səadəti, həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

Arzu edirik ki, Ələddinin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin.

Bütün gözəl nə varsa, sənin olsun, Ələddin bəy!

100 YAŞA!

AVMVİB Rəhbərliyi, Veteran.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: