Ermənipərəst rus yazıçının külü də Şuşaya gömüldü- Bizlər hər gün Qarabağsız dəfn edilirkən…

Bu, bizim başımıza kül qoymaq deyil?!!!!!!!..

Xəbər verdiyimiz kimi, ermənipərəst rus yazıçısı və kinodramaturqu Kim Bakşinin vəsiyyətiinə uyğun olaraq külünün bir hissəsi Ermənistanda gömüldükdən sonra qalan hissəsi də Azərbaycanın işğal altındakı Şuşa şəhərində basdırılıb.

Moderator.az xəbər verir ki, Xankəndi və Rusiyadakı erməni saytlarının yaydığı məlumata görə, dünən – sentyabrın 5-də gündüz saatlarında K.Bakşinin külünün bir hissəsi Şuşa şəhərimizdəki Nelson Stepanyanın adı verilmiş parklardan birində təntənəli şəkildə gömülüb. Mərasim Rusiya erməniləri ittifaqının təşkilatçılığıyla icra edilib…

Xatırladaq ki, ölümündən 5 il əvvəl sovet –rus yazıçısı və kinodramaturqu Kim Bakşi bir vəsiyyət yazıb və külünün bir hissəsinin Ermənistanda, digərinin isə Qarabağda basdırılmasını istəyib. Bu il martın 5-də Moskvada ölmüş bu ermənipərəstin işğalçı və separatçı ermənilərə dəstəyi son illər daha çox “Duxovnıye sokrovişa Arsaxa” (“Arsaxın mənəvi xəzinələri”) kitabı ilə üzə çıxıb.

P.S. Bizlər – Qarabağdan didərgin salınmışlar, demək olar ki, hər gün doğma yurdlardan uzaqlarda dəfn edilirkən ermənilər xaricdəki dostlarının da külünü torpaqlarımıza gömürlər. Bu, bizim başımıza kül tökmək deyil?!

Sultan Laçın

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    2
    Shares

Bunları da oxumağı tövsiyə edirik: