29.03.2024

Nikolayev şəhərini müdafiə edən soydaşlarımız TƏLTİF OLUNDU

Ukraynada müharibə zamanı Nikolayev şəhərinin müdafiəsində göstərdikləri xidmətə görə bəzi soydaşlarımız təltif edilib.

Nikolayev meri Oleksandr Senkevic Ukrayna Azərbaycanlıları Radasının (UAR) vilayət üzrə təmsilçisi Zaur Ağabəyov və onun şəhər Radasının deputatı olan oğlu Ramil Ağabəyovu fəxri fərmanla təltif edib.

Ukrayna vətəndaşı olan soydaşlarımız Rusiyanın başlatdığı hərbi əməliyyatlar zamanı humanitar yardımlarda aktiv iştirak ediblər.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: