AVMVİB sədri Füzuli Rzaquliyev: «ƏMR ET, KOMANDANIM!» — VİDEO

AVMVİB sədri Ali Baş Komandan, Prezident İlham Əliyevin Valday çıxışı barədə sualımıza cavab olaraq bildirdi ki, biz dəfələrlə bəyan etmişik və yenə edirik ki, Ali Baş Komandan cənab İlham Əliyevin Qarabağın işğalıyla bağlı tutduğu sərt mövqeni daim dəstəkləmişik və dəstəkləyəcəyik. Valdayda cənab prezidentin məlum çıxışı azğınlaşan düşmənə və öz içimizdə düşmənə maşalıq edən qaragüruha zamanında, Ali Baş Komandanın qətiyyətiylə verdiyi bir cavabdır.

Prezidentimizin bu sərt cavabı müharibə veteranları tərəfindən coşquyla qarşılanıb. Hər bir müharibə veteranı cənab İlham Əliyevin əmrinə hazırdır. Biz düşməni öz yuvalarınadək qovmaq üçün müntəzirik. Çünki düşmənin anlayacağı tək yol savaşdır.

F. Rzaquliyev bizimlə söhbətdə, prezidentin məlum çıxışını xatırlatdı: «Mən Ermənistan baş nazirinin, təəccüb doğuran “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsil Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycanındır! Və nida işarəsi!»

Düşmənin anlayacağı qədər sadə və qətiyyətli bir cavabdır. Bir daha Ali Baş Komandan cənab İlham Əliyevə çox minlik veteranlar ordusu adından öz minnətdarlığımızı bildiririk və deyirik: «ƏMR ET, KOMANDANIM!»

Elnur Səlim

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 3
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    3
    Shares

Bunları da oxumağı tövsiyə edirik: