Həyatovdan həyati lətifələr

Uy girdin ha!

Tramp, öz Twitter hesabında yazır: «İrana girmək mənim üçün xırda bir məsələdir. Bir gündə İranı bütünlükdə zəbt edə bilərəm, amma mən incə qəlbli insan olduiğum üçün müharibə istəmirəm».

Bir azərbaycanlı Trampın bu statusuna aşağıdakı şərhi yazır: «Cənab Tramp! Duxun var, gəl Azərbaycanın Astara kömrüyündən İrana gir, görüm, necə girirsən. Uy girdin ha»…

Alıntı: Nizami Həyatov

ATMACA: Həyatovdan həyati lətifələr

Bu, nədir?

Yəhudi İsrailə köçməyə icazə alır.
Çıxışda ruslar bagajını yoxlayarkən paltarların arasındakı Leninin büstünü tapırlar:
— Bu, nədir?
Yəhudi:
-Bu, nədir? sualı səhvdir yoldaş! Bu, kimdir? deməniz lazım idi!
Bu, Lenindir, sosializmin təməllərini atan, rus xalqına yaxşılıqlar yetirəndir. Mən də bunu bərəkətli günlərin xatirəsi deyə yanıma aldım
— Tamam, keçə bilərsiniz! ..
Təl-Əviv hava limanında gömrük məmuru büstü görür və soruşur:
— Bu, nədir? …»
Yəhudi:
— Bu, nədir? sualı səhvdir. Bu, kimdir? deməniz lazım idi!.
Bu, Lenindir. Bu dəli caninin əlindən Rusiyanı tərk etmək məcburiyyətində qaldım! Yanıma aldım ki, hər gün ona baxıb baxıb lənət oxuyum! ..
Təsirlənən israilli vəzifəli:
— Tamam, keçə bilərsiniz! …
Adam evinə gəlir, büstü bufetin üstünə qoyur, gəlişi səbəbiylə də qohumlarını dəvət edir.
Qonaqlardan biri soruşur:
-Bu, kimdir?
Yəhudi:
— Bu, kimdir? sualı səhvdir, quzum! Bu, nədir? deməyin lazım idi!
Bu, 10 kiloqram, iyirmi dörd əyar qızıldır — vergisiz, gömrüksüz, üstəlik ƏDV-siz!..

***

ATMACA: Həyatovdan həyati lətifələr

Robinoviç və poçtalyon

Gecə saat ikidə KQB əməkdaşı Rabinoviçin qapısını döyür.
-Kimdi?
-Poçtalyondu, Sizə 1-2 sualım var.
-Buyurun
-Dünyada ən yaxşı ölkə hansıdır?
-Əlbəttə, SSRİ
-Dünyada ən yaxşı ideologiya hansıdır?
-Əlbəttə, kommunizm
-Bəs niyə İsrailə getmək üçün ərizə veribsiniz?
-Çünki orda gecə saat 2-də poçtalyon qapını döyüb belə gic-gic suallar vermir…

***

ATMACA: Həyatovdan həyati lətifələr

Sərhəd pozan inək

Sərhədçilər sərhədi pozanın izinə düşürlər. Birdən insan izləri bitir və inək izi başlayır. Hər şey aydındır, pozucu izləri itirmək istəyib. İnək izi ilə qaça-qaça gəlib görürlər ki, bir çoban oturub mal otarır. Ona yaxınlaşıb soruşurlar:
— Deyə bilərsənmi, burada yad inək varmı?
— Niyə bilmirəm, bax o, sağdan ikinci…
— Bəs sən onu o birilərdən necə fərqləndirə bildin?
— Çox sadə, mənə yaxınlaşıb soruşdu: “Dayday, dəmiryol stansiyasına necə getmək olar?” Ona görə bildim ki, yad inəkdi. Axı bizim inəklər dəmiryol stansiyasının harada olduğunu bilirlər…

Alıntı: Vaqif Sadıqlı

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share

Bunları da oxumağı tövsiyə edirik: