19.03.2024

Ziya Bünyadov — 95

Dahi alimimiz,akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun 95 yaşı tamam oldu. Böyük elm adamının özünün özü haqqında olan məlumatlarını diqqətinizə çatdırırıq. Çünki onun kimliyi ilə bağlı əsassız fikirlərə tez-tez rast gəlirik. 

Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş bir hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi.
O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Z. Bünyadovun anası isə Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi.

Nəsil şəcərəsinin araşdıraraq yazır ki, əsaslandığı tarixi sənədlərə görə, Bünyadov soyadı onun 13-cü ulu babası şeyx Bünyadın adından götürülüb. Onun bütöv adı: Şeyx Ziya əd-Din bin Şeyx Musa bin Şeyx Məsum bin Şeyx Mehdi bin Şeyx Mirzə bin Şeyx İsmayıl bin Şeyx Uli Məhəmməd bin Şeyx Məhəmməd Umin bin Şeyx Uli Usqər bin Şeyx Məhəmməd Muğam bin Şeyx Usgər Uli bin Şeyx Qulaməli bin Şeyx Bünyad əl-Bakuvi.

ZİYA BÜNYADOV - 95
ZİYA BÜNYADOV - 95

Ziya Bünyadov özü haqqında dediklərindən: «Atam azərbaycanlı, anam isə rusdur… Mənim əsl adım Ziyavuddin, atam — şeyx Musa, babam — şeyx Məsum, atamın babası — şeyx Məhdi və s. Mən öz nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki,mənim ata tərəfdən 15 sülaləm şeyxlər olubdur və onların hər birinin adını təyin etmişəm…Mənim soyadım 15-ci ulu babamın adından yaranmışdır — Büned».

Ziya Bünyadov, həm də bir döyüşçü idi: «Kapitan Z.M. Bünyadovun 123-cü əlahiddə ordu rotası 1945-ci il yanvar ayının 14-16-da düşmənin Manquşevsk sahəsindəki müdafiə xəttinin yarılmasında iştirak etmiş, məharətli komandanlıq nəticəsində Domburovki kəndinin cənub kənarından və dəmir yolu xəttindən keçərək yanvarın 14-də Pilitsa çayını birinci keçmiş, sol sahildə ələ keçirdiyi döyüş mövqeyini 89-cu qvardiya diviziyasının əsas atıcı hissələrinin gəlib çıxmasına qədər saxlamışdır. Rota düşmənin 160 əsgər və zabitini öldürmüş, 45 əsgərini əsir götürmüş, 5 ədəd altılüləli minamyot, 3 top, çoxlu sayda avtomat, tüfəng, sursat, ərzaq və başqa qənimətlər ələ keçirmişdir… Rota komandiri kapitan Z.M. Bünyadov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür».
Ziya Bünyadovun 95 yaşı tamam oldu və bu səssiz keçən ad günündə onu rəhmətlə anırıq!
Ruhun şad olsun!

AVMVİB-nin mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: